elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 июня 2016 г.

Yağmur

Balaca rəssam Yağmur 30.10.2011-ci ildə Bakı şəhərində anadan olub. Ailəsinin ilk sevinci olan Yağmur gəlişi ilə günəşi kimi evlərini işıqlandırıb. Körpəlikdən rəqs etməyə, rəsm çəkməyə çox marağı olub. Yağmur hələ məktəbə getməsə də yazıb-oxumağı bilir. Ona uğurlarının başlanğıcında ilk addim atmağı hazırda oxuduğu məktəbə qədər tədris müəssisəsi olan Creative tk kids-də müəllimi  Səidə xanım öyrədib . 3 yaşında bu tədris müəssisəsində ilk dəfə  rəsim müəlliməsi  Nərmin xanım balaca rəssamı rənglərin sevimli aləmi ilə  tanış edib , valideyinləri də o zaman Yağmurun istedadı ilə tanış olub. Dərslərini yaxşı oxuyur eyni zamanda rəsmə olan marağı onun gələcəkdə məhşur rəssam olacağından xəbər verir. Balaca Yağmurun hələki hədəfləri olmasada yaşının az olmasına baxmayaraq qazandığı uğurları onun ən yüksək zirvəyə qədər yüksələcəyindən xəbər verir. Eyni zamanda Yağmur “Life is colorfull “mövzusunda Azərbaycanın gənc rəssamlarının rəsm sərgisində iştirakına görə sertifikat ilə təltif olunub. Yağmur nəinki  yaşıdlarından rəsm və rəqslə fərqlənir hətta “Milli Bayraq” Mövzusunda uşaq  moda festivalında iştirakına görə növbəti sertifkatla təltif edilib.Yağmurun uğurları bununlada yekunlaşmır yaşının az olmasına baxmayaraq Nutrigen Omega –nin “Mən onu seçdim “ yarışmasındakı iştirakı üçün diplomla təltif edilib. 2014-cü ildə isə Yağmur “ Rəngarəng  yeni il “adli müsabiqədə fəal iştirakına görə sertifikatla təltif edilib. Space telekanalinda və Lider telekanalında kids fashion show verlişində iştirak edib.Bütün əldə etdiyi uğurlarına görə balaca Yağmur müəllimlərinə təşəkkür edir.
Boş vaxtlarında resm və rəqslə məşğul olan rəssamımıza bizdə redksiyamız adından uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий