elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 декабря 2014 г.

Yusifli İdris Pərviz oğlu

Gənc istedadlarımızdan biri də Bakı şəhəri 160 saylı klassik gimnaziyanın şagirdi Yusifli İdris Pərviz oğludur. O, hələ körpəlikdən sakit, dinc uşaq olub. Şahmata böyük maraq göstərir, saatlarla şahmat oynayanlara tamaşa etməyi sevərdi. Məktəbə gedənə qədər yazıb-oxumağı uşaq bağçasında öyrənən İdris burada keçirilən şahmat dərslərində həvəslə iştirak edirdi. Onun şahmata olan marağı getdikcə artaraq bu sahədə uğurlar qazanmasına yol açdı. Belə ki, 10-19 oktyabr 2010-cu ildə Xızıda təşkil olunan Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının respublika birinciliyində iştirak edən komandanın üzvü kimi uğurlu çıxış etmişdir. Komanda bu yarışda II, İdris III yeri tutmuşdur. Bundan başqa 2007 və 2008-ci illərdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş turnirdə I yeri tutaraq diplom və mükafatla təltif olunmuşdur. 15 iyun 2008-ci ildə Milli Qurtuluş Gününə həsr olunmuş təsnifat turnirində III yerə sahib olunmuşdur. 12-17 noyabr 2009-cu ildə “Uşaq ili”nə həsr olunmuş gənclər arasında keçirilən şahmat turnirində birinci yer tutduğu üçün təltif edilmişdir. 18-27 mart 2011-ci ildə Novruz bayramına həsr olunmuş şahmat üzrə gənclər arasındakı təsnifat turnirində birinci dərəcə uğrunda yarışda birinci yer tutaraq mükafatlandırılmışdır. 2011-ci ilin mayin 6-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat seansında fərqləndiyinə görə təltif olunmuşdur. 2012-ci ildə Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxil olan şahmat yarışında qalib gələrək I yerə çıxmışdır. 31 yanvar 2013-cü ildə Bakı şəhəri ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilmiş şahmat yarışında II yeri əldə etmişdir. 16 may 2013-cü ildə respublika ümumtəhsil və ilk peşə ixtisas təhsilli müəssisələri şagirdlərinin VII spartakiadasının şahmat idman növü üzrə final yarışlarında birincilik qazanmışdır.
İdrisin ən böyük arzusu qrossmeyster olmaqdır. İdmanın zəka tələb edən bu növü ilə məşğul olmaqla yanaşı o, dərslərini də yaxşı oxuyur və nümunəvi şagirdlərdəndir. İdrisin ən çox sevdiyi fənlər fizika və Azərbaycan tarixidir.
Onun asudə vaxtları az olur. Boş vaxtını da səmərəli keçirməyə çalışır. Bunun üçün ya şahmat oynayır, yaxud da musiqiyə qulaq asır. Bir vaxtlar İdris rəssamlığa da maraq göstərirmiş, bu zaman daha çox təbiət mövzusuna üstünlük verirmiş.
Əldə etdiyi uğurlara görə ən çox anasına minnətdar olduğunu bildirsə də, heç kimə oxşamaq istəmir. Onun fikrincə hər kəsin özünəməxsus cığırı olmalıdır.

Yuxarıda sadaladığımız qabiliyyətləri barədə jurnal və qəzetlərdə məlumat verilib. Gənc istedadımızla fəxr edir və gələcəkdə beynəlxalq yarışlarda qələbə qazanmağı arzulayırıq.

1 комментарий:

  1. men Kazimov Nəsib sizdən menim size gondərdiyim məlumatlari saytda yerleşdirmeyinizi xaiş edirem

    ОтветитьУдалить