elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 ноября 2015 г.

Yeliseyeva Diana Əhməd qızı

Növbəti istedadlı gəncimiz Oğuz şəhərində yaşayan Yeliseyeva Diana Əhməd qızıdır. 10 mart 2002-ci ildə dünyaya gələn Diana uşaqlığında çox dəcəl olub. Amma bununla bərabər oxumağa, şəkil çəkməyə həvəsi də elə uşaq vaxtlarından özünü göstərməyə başlayıb. Öz uşaq xəyallarını rənglərə boyayaraq kağızlarda əks etdirirdi. Elə həmin vaxtlardan valideynləri Diananın rəsm çəkməyə olan həvəsini aşkarlamışdır.
İllər keçir və artıq Diananın məktəb həyatı başlayır. İndi o, Oğuz şəhəri H. Babayev adına 1 saylı tam orta məktəbin 8-ci sinif rus bölməsinin əlaçı şagirdidir. Sinif rəhbəri Nahidə müəllimənin sözlərinə görə, Diana sinifdəki digər şagirdlərdən həm savadı ilə, həm də xüsusi rəsm bacarığı olması ilə seçilir. Diana eləcə də məktəbdə təşkil edilən Novruz bayramı tədbirlərində, son zəng yığıncaqlarında rəqs kompozisiyaları ilə çıxış etmişdir. Rusiyada yaşadığı və təhsil aldığı dövrdə isə rəsm üzrə yarışda fəxri fərmanla təltif olunmuşdur.Bundan əlavə, onun Bakı Slavyan Universitetində keçirilən bilik olimpiadasında 2-ci yeri qazanması ilə əlaqədar diplomla mükafatlandırılmışdır. Bu olimpiada rus dili və ədəbiyyatı üzrə təşkil edilmişdir. Diananın özünün də dediyi kimi, onun rus dili və ədəbiyyatına, eləcə də kimya, fizika kimi təbiət elmlərinə marağı xüsusi əhəmiyyət kəsb edir.
 İstedadlı gəncimizin gələcəklə bağlı xəyallarının əsasında məhz onun uşaqlıq xəyalları dayanır. Hələ azyaşlı olarkən Fransanın məşhur modelyer-dizayneri Koko Şanelin (Coco Chanel) əsrarəngiz əl işləri, gözəllik ətri gələn dünyası ilə tanışlığı Diananın həyat yolunun başlanğıcı üçün qığılcım rolunu oynamışdır. Çəkdiyi rəsmlərdə də bu təsiri görmək mümkündür. Amma bütün bunlarla yanaşı Diananın məqsədi savadlı olmaq, ali təhsil almaqdır. Yalnız bundan sonra uşaqlıq xəyallarının arxası ilə qaçmağı – dizayner olmağı düşünür və biz də inanırıq ki, Diana öz uğurları ilə gələcəkdə vətəninə layiqli övlad olacaqdır. Bu gözəl xəyallar yolunda biz də ona uğurlar arzulayırıq. Müvəffəqiyyət səninlə olsun, Diana!

Комментариев нет:

Отправить комментарий