elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

11 апреля 2017 г.

Ağayev Nicat Ziyafət oğlu

Ağayev Nicat Ziyafət oğlu 10 iyun 2007-ci ildə Rusiya Federatsiyasının Həştərxan şəhərində anadan olub. Kiçik yaşlarından nağıl, hekayə və şeirləri çox sevir. Həm məktəbəqədər müəssisədə, həm də evdə valideynlərinin köməyilə çoxlu şeir və nağıllar öyrənmişdir.
Təhsilə ilk addımlarını Namiq Məmmədov adına 9 N-li məktəbdə başlayıb və hazırda 4b sinfində təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. Bütün dərslərə eyni dərəcədə həvəs və diqqətlə yanşır.
Gözəl intonasiya ilə şeir demək qabiliyyəti var. Bunun üçün də tez-tez tədbirlərdə və müsabiqələrdə iştirak edir. Hazırda yeni bir tədbir üçün hazırlaşır. Çalışqan və istedadlı şagird olduğu üçün bir çox diplom və fəxri fərmanın sahibidir.
Şahmata böyük marağı olduğu üçün kiçik yaşlarından məşğul olur. Hazırda 1 N-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat məktəbində şahmatın sirlərinə yiyələnir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən oğlanlar (ümidlər) arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatının final oyununda I yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur. Bundan başqa məktəb şagirdləri arasında aparılan istedad və bilik sorğusuna görə “İlin ən yaxşı şagirdi” kimi fəxri fərmanla təltif olunub.
Nicat həmçinin İlqar Abbasovun rəhbərliyi altında kinqboksinqlə də məşğul olur. klubunda Həmrəylik  Gününə həsr olunmuş turnirdə 2007/2008-ci il təvəllüdlü yeniyetmələr arasında 30 kq. çəki dərəcəsində I yeri tutub.
Nicat qazandığı uğurlarını valideynlərinə və müəllimələrinə borclu olduğunu deyir.
Mütaliə etməyə çox həvəsi var. Tarixi və qəhrəmanlıq mövzularında  hekayələr, nağıllar, dastanlar, hətta anasının tarix kitablarını oxumağı çox xoşlayır, hər dəfə özünü o qəhrəmanların yerinə qoyur.
Onun ən böyük arzusu böyüyəndə hərbiçi olmaqdır. Vətənini çox sevir, dövlətimizin bütövlüyünü qorumaq üçündə əlindən gələni etmək istəyir.
Boş vaxtlarında da idmanla məşğul olur və icadlar etməyi, nə isə düzəltməyi sevir.

Balaca müsahibimizə gələcək həyatında uğurlar arzu edirik, hər zaman səsi zirvədən  gəlsin!

Комментариев нет:

Отправить комментарий