elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 февраля 2018 г.

Rzayev Mirəsgər Elşən oğlu

Rzayev Mirəsgər Elşən oğlu 24 mart 2007-ci il ci ildə Bakı şəhərində anadan olub.  Mirəsgər körpəlikdə dəcəl və hər şey ilə maraqlanan uşaq olub. Onun heç  1 yaşı tamam olmamış anası ona “Mənim ilk şəkilli, sözlü kitabım” adlı kitab alıb. Həmin kitab heyvanlar aləmi və ətraf mühitdən bəhs edib.  O,  hələ tam dil açmamışdan qabaq, şəkilli kitabların köməkliyi ilə soruşulan suallara cavab verib. Heyvanlardan dinazaurlar Mirəsgərin diqqətini daha çox cəlb edir və onlar haqqında məlumat toplamağı xoşlayıb. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri  yazmağı, oxumağı və hesablamağı bacarıb. O, ailənin ilk nəvəsi, ilk övladı olduğu üçün hamı onunla  maraqlanıb, nələrisə  öyrətməyə çalışıblar. Eyni zamanda məktəbəqədər hazırlıq kursuna  gedib. Mirəsgər körpəlikdən özünə məxsus xüsusiyyətləri ilə yaşıdlarından fərqlənir. Belə ki,  o, yaşıdlarıyla oyun oynamaqdansa, böyüklərlə vaxt keçirməyə daha çox üstünlük verib. Mirəsgər ailəsinin ən sevimli üzvüdür. Rzayev Mirəsgər ilk təhsilini Evrika liseyində Abdinova Nigar müəllimdən alıb. Mirəsgər sinifdə yaşıdlarından hər zaman məntiqi təfəkkürünə görə seçildiyi üçün Nigar xanım onu gələcəyin Darvini adlandırırdı. Hal-hazırda 20 nömrəli məktəbin 5-ci sinif şagirdidir. Onun sinif rəhbəri, eyni zamanda Azərbaycan dili və Ədəbiyyat müəllimi Qocayeva Sevinc xanım Mirəsgər haqqında təəssüratlarında bunları qeyd edir; O, çox diqqətcil şagirddir və eyni zamanda yaxşı müşahidəçidir.  Heç bir zaman haqsızlığa yol verməyən və haqqın tərəfini tutandır. Sinif rəhbəri bildirir ki, Mirəsgər ona verilən suallara digər uşaqlaradan fərqli olaraq özünə məxsus tərzdə cavablar verir. Mirəsgər məktəblərində tədris olunan fənləri yaxşı qiymətlərlə oxuyur. Dərslərinə daim hazırlıqlı olur. Onun ən sevdiyi fənn tarixdir. Mirəsgər sinif və məktəbdaxili bayram və tədbirlərin fəal iştirakçısıdır. Orada şeir söyləyib, müxtəlif rollarda çıxışlar edib. O, sonunca dəfə “Baba” obrazını nümayiş etdirib. Mirəsgər bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə nənəsinə, anasına və müəllimlərinə borcludur.  Böyüyəndə xalası kimi hüquqşünas olmaq istəyir. Xalasının hüquqşünas olmağı Mirəsgərdə də bu sahəyə böyük həvəs yaradıb. Gələcəkdə  fəaliyyyəti hüquqşünas olarsa, hakim  olaraq çalışmaq arzusundadır. O, dövlətimizə  gözəl sabahlar  bəxş etmək niyyətindədir.  Mirəsgər qanunları bilib, həm özünün, həm də xalqımızın hüquqlarını qorumaq istəyir. O, boş vaxtlarında televizora baxmağı, gəzməyə getməyi və əlavə kitablar oxumağı sevir.  Mirəsgərin bütün yaradıcılığı hal-hazırda oxumaqdır. O, bu gün dərslərini əla oxuyur ki, sabah arzuları xəyal olmasın. Onu göy cisimləri, heyvanlar aləmi, bəşəriyyət və onun yaradılması daima maraqlandırır.  Hər bir insanın gələcəklə bağlı planları olur. Mirəsgərin gələcəklədə mükəmməl insan olmağı hədəfləyib. Dövlətini firavan görmək, Vətəninə faydalı şəxsiyyət kimi yetişmək istəyir. O, tarixin yaddaşına öz adını yazmaq istəyir.  Vətəninə, xalqına, dövlətinə həm də ailəsinə layiqli övlad olmaq niyyətindədir. Mirəsgərin fikrincə həyatın təməli elə məktəbdir!

Комментариев нет:

Отправить комментарий