elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 июля 2018 г.

Mehralıyeva Züleyxa İlqar qızı


Mehralıyeva Züleyxa İlqar qızı  9 fevral 2007-ci ildə Bakı  şəhərində anadan olub.  Züleyxa körpəlikdə çox sakit  temkinli  və ağıllı uşaq olub . Onun hərəkətləri  davranışları  yaşından  çox böyük insan  xarakterinə  bənzəyirdi .  Züleyxanın ən sevimli  məşğulliyəti  kitab oxumaq olub.  Yaşının az olmasına  baxmayaraq o çoxlu şeirler bilirdi. Onun  ancaq fikri yazı yazmaq, şeir  demek olub. Bibisi hər zaman  ona oxu gələcəyə lazımlı bir insan kimi yetiş deyə  öyüd nəsihət verib. Məktəbə gedənə  qədər  yazıb-oxumağı  bibisindən öyrənib. Mehralıyeva Züleyxa  Bakı şəhərində Ədalət Abbasov  adına 257 saylı  məktəbdə  təhsil alır.  Hal-hazırda  həmin  məktəbin 5 c sinifində  təhsil alır. Sinfin əlaçi şagirdidir. Onun ən sevimli fənləri  Azərbaycan dili, riyaziyyat  və informatikadir. Məktəblərində keçirilən tədbirlərin feal istirakcisidir.  "20 Yanvar", "Xocalı faciəsi" tədbirlərində intonasiya ilə şeir deyib,  məktəb üzrə riyaziyyat fənnindən viktorinada uğurla iştirak edib.  Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. O, biliklərini daha da təkmilləşdirib, alimlik zirvəsinə qədər yüksəlmək istəyir. Züleyxa  gələcəkdə hansı peşənin sahibi olmasını tam olaraq qərarlaşdırmayıb. O, həm rəssam, həm də həkim olmaq istəyir. Hansı peşənin sahibi olmasından aslı olmayaraq işinin peşəkarı olacağına əmindir. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. O, rəqs dərsləri alıb və çox gözəl rəqs etməyi bacarır. Züleyxa məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olub, vətəninə xeyirli, ziyalı şəxsiyyət kimi formalaşmaq niyyətindədir.  Hər tərəfli istedad olan müsahibiz hər zaman fəxri ol. Yolun daim işıqlı və aydın olsun. Uğur hər zaman səni izləsin!

Комментариев нет:

Отправить комментарий