elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 июня 2019 г.

İmaməliyev Rəvan Şahin oğlu


İmaməliyev Rəvan Şahin oğlu 31 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından fəallığı, zəkası ilə yaşıdlarından fərqlənib. O artıq 4 yaşında müstəqil oxuyur, hesablaya bilir və fikrini sərbəst ifadə edirdi.
Rəvan 2011-ci ildə ilk təhsilini Yasamal rayonunun 20 saylı məktəb-liseyində alıb və təhsil aldığı müddətdə ən fəal şagirdlərindən biri olub. İbtidai sinifdə oxuyarkən rəsm sərgisində fərqləndiyinə görə və “Beynəlxalq ana dili günü” münasibəti ilə keçirilən tədbirdə diploma layiq görülmüşdür.
O, 2015-2017-ci illərdə Yasamal rayonunun 53 saylı məktəbində təhsilini davam etdirmiş, bu dövrdə bir sıra tədbirlərin və olimpiadaların iştirakçısı olmuşdur. Ona Təhsil Nazirliyi və Ombudsman təsisatının birgə həyata geçirdiyi “Uşaq hüquqlarının pilləsi tədrisi” layihəsinin sertifikatı verilmişdir. Məktəbin ictimai işlərində fəal iştirakına görə o, dəfələrlə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2016-cı ildə o, Lütfi Zadə adına məktəblərarası I məntiq olimpiadasının final iştirakçisi olmuş və sertifikat almışdır. 2017-2018-ci illərdə Rəvan təhsilini yenidən 20 saylı məktəb-liseydə davam etdirmişdir. Məktəblərarası IV Fənn müsabiqəsində biologiya fənni üzrə III yeri tut- duğuna görə Kimya-biologiya təmayüllü liseyə dəvət almış və 2018-ci ildən bu liseyin “olimpiada” sinfində təhsilini davam etdirir. O, FİBANACCİ intelektual bilik yarışmasında lisey komandasının tərkibində çıxış etmiş və fəal fiştirakına görə Təhsil Nazirliyinin təşəkkürnaməsinə layiq görülmüşdür.
Rəvan İmaməliyev dərs əlaçısıdır. O, mütaliəni çox sevir. İdmana, musiqiyə, intelektual verilişlərə xüsusi marağı var.Arzusu həkim olmaq və bir vətəndaş kimi dövlətimizi layiqincə təmsil etməkdir. Qazandığı nailiyyətlərlə kifayətlənməyən bu gənc gələcəkdə daha böyük uğurlar əldə etməyi qarşısına məqsəd qoymuşdur.

Комментариев нет:

Отправить комментарий