elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 апреля 2012 г.

ŞƏFALI ƏLLƏR SAHİBİ (Emin Taleh oğlu Məmmədov)

Uşaqlıq... Ömrün qayğısız, təkrarolunmaz illəri. Hamı bu yolu keçməklə bu kövrək, nağıl dolu dünyanın qonağı olur. O, körpəlikdən yaşıdlarından fərqlənirdi, böyüklərsayağı ağır, təmkinli idi, qaşları tez-tez düyünlənir, qartal baxışları var idi. 3 yaşında nəinki çoxlu şeir, nağıl, tapmaca bilirdi, həmçinin Füzulinin “Məni candan usandırdı” qəzəlini, M. Ə. Sabirin “Mən belə əsrarı qana bilmirəm”, “Görmə, baş üstə yumaram gözlərimi” şeirlərini qiraətlə söyləyirdi.
Qəhrəmanımızın adı Emindir. Emin Taleh oğlu Məmmədov 1989-cu il avqustun 19-da Lənkəran şəhərində anadan olub. 1995-ci ildə Lənkəran şəhəri 1 saylı orta məktəbə daxil olub, 1996-cı ildə eksperiment yolu ilə imtahan verərək I sinifdən III sinfə keçib, 2000-ci ildə isə imtahan verərək Lənkəran Özəl Türk liseyinə daxil olub. 2005-ci ildə buranı müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin kimya fakültəsinə, eyni zamanda Istanbul Universitetinin tibb fakültəsinə daxil olub. Seçim edərək Türkiyədə təhsil almağı üstün tutub.
Orta məktəbi əla qiymətlərlə bitirib. Sevimli fənlərinin Azərbaycan dili, ingilis dili və kimya olduğunu qeyd edir. Liseydə keçirilən elmi yarışmaların fəal iştirakçısı kimi, eyni zamanda təlim-tərbiyədə nümunəvi olduğu üçün hər ilin sonu tərifnamə ilə təltif olunub. 2003-cü ildə məktəblilərin fənn olimpiadalarının Respublika turunda kimya fənni üzrə I yeri, 2004-cü ildə III yeri, 2005-ci ildə Xəzər Universiteti tərəfindən dəqiq elmlər üzrə XI sinif şagirdləri arasında keçirilən olimpiadada II yeri tutmuş və diplomla təltif olunmuşdur.
Təbiəti, dənizi, yaşıllıqlar qoynunda gəzməyi çox sevən Eminin qəlbində müqəddəs bir inam var, dinə, Allaha inam. Ilahiyyata aid kitablar mütaliə edir, namaz qılır, oruc tutur.
Sevdiyi ixtisasa yiyələnməkdə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Məhz bu sənəti seçməkdə atasının rolunu xüsusi vurğulayır. Eminin dili ilə desək: “Dəfələrlə cərrahiyyə əməliyyatından sonra gözləri açılmış xəstələrin atamın əllərindən öpdüklərini, ona şeirlər həsr etdiklərini, sevinc, minnətdarlıq dolu baxışlarını görmüşdüm. Bu, məndə də göz həkimi olmaq arzusunu doğurmuşdu”.
Lənkəran şəhəri 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Natiqə xanım Emin haqqında bunları dedi: “ - Nəinki bütün materialları bilirdi, eyni zamanda bilgisayar kimi bütün dediklərimi beyninə yığırdı. Heç kimin yadında olmayanları mənə qaytarırdı. Günlər keçdikcə başa düşürdüm ki, o, qeyri-adi zəka sahibidir. O qədər bilikli, hazırcavab, təmkinli, məsuliyyətli idi ki, bu balaca kişiyə vurulmuşdum. Gələcəkdə onun çox böyük adam olacağına, xalqa gərəkli şəxsiyyət kimi yetişəcəyinə əminəm”.
Kimya müəllimi Mahir müəllim isə kimya olimpiadalarında qabiliyyətini qabaqcadan gördüyünö qeyd etdi. Eləcə də Eminin gələcəkdə qeyri-adi fitri istedada malik həkim olacağına əminliyini bildirdi.
Biz də Eminə bu yolda uğurlar arzulayırıq. LÖTL-ə qəbul olanda 3000 uşağın içərisində I yeri tutub. Göz həkimi çıxır cərrah olmaq niyyətindədir.

Комментариев нет:

Отправить комментарий