elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 апреля 2012 г.

Virtuoz pianoçu olacaq (Süleymanov Vüsal Məhəmməd oğlu)









Qəhrəmanımız Vüsal Məhəmməd oğlu Süleymanovdur. Onun adını valideynləri sadəcə olaraq Vüsal adından xoşları gəldiyi üçün qoyublar. Vüsal körpəlikdə bir qədər çılğın uşaq olub. Əksər uşaqlar kimi cizgi filimlərinə baxmağı, yaşıdlarıyla futbol oynamağı və pianonun dillərini səsləndirməyi çox sevərmiş.
Məktəbə qədər saymağı və bəzi hərifləri öyrənə bilmişdi.
İlk uğuru II sinifdə oxuyarkən olub. 2004-cü ildə Vüsal 5 saylı Uşaq Musiqi Məktəbinin II sinfində - Sevinc Məmmədovanın sinfində - oxuyurdu. M. Moqamayev adına Filarmoniyanın orqan zalında xalq çalğı alətləri orkestri ilə birlikdə çətin konserti məharətlə ifa etməsi zalda oturanların bu balaca uşağın istedadına heyran qalıb onu uzun müddət alqışlamasına səbəb oldu.
2010-cu ildə Bakı Musiqi Akademyasının ifaçılıq fakultəsinə qəbul olan Vüsalın bəlkə də həyatdakı ən böyük arzusu çin oldu. Onu pianoçu görmək anasının ən böyük arzusu olub. Hələ Vüsalın 5 yaşı olarkən ona piano alındı. Lakin qəsəbədə musiqi məktəbi olmadığı üçün o, 9 yaşından Sahil qəsəbəsindəki 5 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sahəsinə gedib. İxtisas müəllimləri Sevinc Məmmədova, İrina Qrinnik onun musiqiyə marağını daha da dərinləşdiriblər.
Vüsal Məhəmməd oğlu Süleymanov 1993-cü il mayın 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Səngəçal qəsəbəsindəki 222 saylı orta məktəbin I sinifinə gedib. 2010 -cu ildə məktəbi bitirib. 2002-ci ildə 5 saylı incəsənət məktəbinə qəbul olub, 2006-cı ildə Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinə keçirilib, 2010-cu ildə oranı bitirərək Bakı Musiqi Akademyasına qəbul olub. Hazırda BMA-nın fortepiano fakultəsində professor Oqtay Abbasquliyevin sinifində təhsil alır.
Hələ uşaq yaşlarında məktəbimin konsert və tədbirlərində və bir çox yarışmalarda iştirak edib. 18-22.03.2009 tarixlərində Estoniyanın Narva şəhərində geçirilən İ.S.Bax adına Gənc Pianoçuların IV Beynəlxalq müsabiqəsinin diplomantı adını qazanmış Vüsalın Tallin şəhərində keçirilən yekun konsertdəki çıxışı hamı tərəfindən alqışlarla qarşılanıb. Bu çıxışı internet saytında yerləşdirilib.
Vüsalın dedikləri: “ - Ayın 19-u püşkatma mərasimi keçirildi və mənim bəxtimə birinci çıxış etmək düşdü. Ayın 20-də I mərhələ başladı mən çıxış etdim və bundan sonra II mərhələyə keçdim. I mərhələdə İ. S. Baxın “İki səsli invensiya”sını ifa etdim. II mərhələdə Skarlati və Bethovenin sonatalarını ifa etdim və diploma layiq görüldüm. Bundan başqa Rəşid Behbudov adına teatrda keçirilən tədbirdə mən Bakı şəhəri Mədəniyyət və Turizim idarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşam. 2010-cu ildə Beynəlxalq Şopen ili kimi qeyd olundu. Məhşur Polşa bəstəkarı Frederik Şopenin 200 illik yubleyinə həsr olunmuş silsilə konsertlər keçirildi və mən də bu konsertlərdə iştirak etdim.  İlk konsert H. Əlyev adına Təhsil Kompleksində keçirildi. Sonrakı gün Bakı-Oksford məktəbində çıxış etdim  və Polşa Respublikasının Azərbaycandaki səfirliyinin və Bakı-Oksford məktəbinin diplomlarına layiq görüldüm.
Musiqi sahəsində əldə etdiyim uğurlara görə ilk növbədə valideyinlərimə, musiqi məktəbinin direktoru Dəyanət müəllimə, Yusif müəllimə, musiqi müəllimlərim Sevinc xanıma, İrina Akimovnaya borcluyam.  Orta məktəb direktorunu və müəllimlər kollektivinidə yaddan çıxara bilmərəm. Direktor Əzizxanım müəllimə, sinif rəhbərim Firuzə xanıma və adlarını çəkə bilmədiyim mənə dərs deyən bütün müəllimlərin mənim həyatda öz yerimi almağımda mühüm əməkləri olub.   
İstedadım üzrə məhşur pianoçu Azərbaycan və SSRİ -nin xalq artisti Fərhad Bədəlbəyli mənim idealımdır. Asudə vaxtlarımda internet vasitəsilə məşhur pianoçuların möhtəşəm ifalarına baxıram. Musiqi tarixi və digər maraqlı musiqi materialları ilə maraqlanıram.
İctimai və Lider telekanallarında mədəniyyət prokramlarında çıxışlarım göstərilib. Bundan başqa “Azad Azərbaycan” qəzetində 12 aprel 2009-cu il tarixli sayında “Uşaq ili  ilə bağlı konsert verilib” başlığı altında və “Mucrü” jurnalının aprel 2009-cu il tarixli sayında “Musiqili ünvan” başlığı altında mənim barədə yazılar dərc edilib.
Musiqi sahəsində klassikaya daha çox üstünlük verirəm. Xoşbəxtliyi sevdiyim insanların əhatəsində olmaqda görürəm. İstedadımla bağlı nə qədər yüksəyə qalxsam bir o qədər yaxşıdır. Amma musiqi sənəti elədir ki, hər zaman çalışmalısan, çoxlu məşqlər etməlisən. Hələ ki, özümdən razı deyiləm. Ümumiyyətlə musiqiçi heç vaxt fəaliyyətimdən razı qalmalı deyil, həmişə ifasının daha da mükəmməl olmasına çalışmalıdır, bunda sərhət yoxdur məncə”.
e-mail: kniest@box.az

Комментариев нет:

Отправить комментарий