elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 июня 2014 г.

Məmmədova Nərgiz Musa qızı

Məmmədova Nərgiz Musa qızı 22 oktyabr 1998-ci il NMR Babək rayonunun Xalxal kəndində dünyaya göz açıb. I sinfə Naxçıvan şəhərindəki 10 saylı orta məktəbdə gedib. Daha sonra təhsilini Bakının Biləcəri qəsəbəsindəki E. Əliyev adına 297 saylı orta məktəbdə davam etdirib.
Nərgiz körpəlikdə sakit uşaq olub. Şəkil çəkməyi, maraqlı kitablar oxumağı xoşlayıb. Təhsilə güclü maraq göstərən Nərgiz hələ məktəbə gedənə qədər bəzi hərfləri, rəqəmləri, yazmaği öyrənmişdi. Böyük bacısı Nərminin məktəbə getməsi onun təhsilə marağını daha da artırırdı.
Nərgiz: “ - Dərslərimi əla oxuyuram. Sevimli fənlər - ana dili, biologiya, tarixdir. Tarix fənni üzrə olimpia­da­da Bakı şəhə­rində III, Bi­nəqədi rayonu üzrə isə I yerə çıxmışam. Məktəbdə keçirilən icti­mai tədbirlərdə adətən şeir demişəm. Əldə etdiyim nailiyyətlərə görə valideyinlərimə, müəllimlərimə borcluyam. 
Təhsilimi xaricdə davam etdirmək, biliyimi daha yüksək zirvələrə qaldırmaq istəyirəm. Tibb universitetinə daxil olmaq, həkim olmaq istəyirəm.
Asudə vaxtlarımda şair və yazıçıların həyat və yaradıcılıqları ilə tanış olmağı çox xoşlayıram.
Valideynlərimə minnətdarlığımı bildirirəm ki, məni sevdiyim sənətə yönəldirlər və mənə hər işdə çox dəstək olurlar. Arzum ali təhsil almaq, xalqımı dünya səviyyəsində təmsil etmək, vətənimi dünyaya azad və müstəqil bir ölkə olaraq tanıtmaqdır. 
Təbii ki, hər kəs tarixin yaddaşında yaxşı işlər görmüş şəx­siy­yət kimi qalmaq istəyər. Həmçinin mən də istərəm tarixdə yaxşı insan kimi iz qoyum. Bunun üçün isə var gücümlə çalışıram.”

Комментариев нет:

Отправить комментарий