elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 июня 2014 г.

TƏLƏBƏ - LİDER


Qəhrəmanımız ata nənəsi Gülüstan xanımın adını daşıyır. Körpəlikdə çox ağıllı, sakit uşaq olub. Uşaqlıqdan id­man, rəsm və milli rəqslə məşğul olmuşdur.
Gülüstan Həsrət qızı Əlizadə 15 dekabır 1991-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri Nəsimi rayon 14 saylı orta məktəbinin I sinfinə qəbul olub. 2010-cu ildə həmin məktəbi bitirib Bakı Dövlət Uni­ver­sitetinə qəbul olub.
2001-ci ildə Bakı şəhər Şövkət Ələkbərova adına 20 saylı Uşaq Musiqi Mək­­təbinə kamança ixti­sası üzrə qəbul olub və 2006-cı ildə müvəffə­qiy­yətlə bitirib. Ansambl, orkestr və solo şəkildə müsabiqələrin iştirakçısı olub. 2001-ci ildən hənd­bol­la məşgul olub və hazırda BDU-nin həndbol yığmasinin üzvü­dür. 
İxtisasına maraq qardaşımdan yaranıb. O, Azərbaycan Döv­lət Neft Akademyasının məzunu olmuş, təhsil aldığı illərdə bö­yük nailliyyətləri qazanmışdır. Ondan ilhamlanıb Gülüstan da neft ixtisasına yaxın bir sahə seçib.
I sinifdən nümunəvi şagird olub və digər sinif yoldaşlarından seçilib. Texniki fənnlərə xüsusi marağı olub. Ən sevdiyi fənn riyaziyyat və fizika olub. Muxtəlif fənnlər üzrə (kimya, riyaziyyat, fizika, coğrafiya) olimpiadalar mukafatçısı olub.
Həyatının dönüş nöqtəsi 2011-ci ilin iyul-avqust aylarına tə­sadüf edir. Məhz bu müddətdə Azərbaycanı təmsil edən 25 fəal tələbə siyahısına seçilib, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi MDB ölkələri tələbə-liderlərinin Qəbə­lədə keçirilən yay məktəbinin iştirakçısı olub.
Ardından sentyabr ayında (2011) ATGTİ-nin Tələbə Gənclər Təşkilatları üzrə iş departamentinə elan olunmuş vakansiya üz­rə işə qəbul olub. Bir il müddətində (2011-2012) kollecler üzrə mə­sul şəxs vəzifəsində işləməyə başlayıb.
Ali məktəbi bitirdikdən sonra “Halliburton”, “Baker”, “BP” kimi neft şirkətlərinin birində işləmək istəyir.
Xoşbəxtliyi həyatda, ailəsində görür. Düşünür ki onu dəstək­ləyən, uğurlarına inanan insanlar olduqca zirvələrə qalxacaq və xoşbəxt olacaq.
Asudə vaxtlarını musiqi, idman, bəzən də ictimai fəaliyyətlə məşğul olaraq keçirməyi sevir.
Onun barədə bir çox KİV-də məlumatlar verilb (Az.TV, İTV, Mədəniyyət, Azərbaycan Radiosu, qəzet və jurnallarda).
Gülüstanın uğurları barədə məlumat vermək istəyirik: 
2011-ci ilin may ayında keçirilən “Univision” tələbə mahnı mü­sabi­qəsində təşkilat komitəsinin üzvü kimi iştirak edib.
2011-ci ilin oktyabr ayında “Yeni nəsil: Sərhədsiz məsuliyyət” fo­rumunun iştirakçısı olub.
Azərbaycan Gənclərinin VI forumuna nümayəndə seçilib.
2012-ci ilin martında keçirilən “Yeddi xonça” Novruz festi­va­lında və Qobustanda təşkil olunan “Yaşıl Enerji” düşərgəsində təşkilat komitəsinin üzvü olub.
Həmin ilin iyul ayılda “Yeni nəsil: Yenilikçi gənclik” foru­mu­nun iştirakçısı olub, Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələri tələbə liderlərinin “Дни Содружесtво Молодежи - 2012” düşərgəsində Azərbaycan nümayəndə heyətinin tər­ki­bin­­də ölkəmizi təmsil edib.
2012 ilin avqust ayında Şəkidə keçirilən tələbə liderlərinin “Xəm­sə” liderlik məktəbində komanda kapitanı kimi qalib olub. 
2013-cü ilin mart ayında Hindistanda keçirilən tələbə-təcrübə proqramında Azərbaycan nümayəndəsi olub.
Ümumilikdə birqat Azərbaycan tələbə lider və ikiqat MDB ölkələri tələbə lideri adını qazanıb.

Комментариев нет:

Отправить комментарий