elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 июля 2014 г.

Mustafayeva Aygün Biləndər qızı

 
Biləndər bəy xalq şairi Səməd Vurğunun yaradacılığını çox sevir və “Aygün” poemasını dəfələrlə oxumuşdu. Ona görə də qızı dünyaya gələndə tərəddüd etmədən ona Aygün adı vermək istədiyini açıqladı. Təklif ailənin digər üzvləri tərəfindən də isti qarşılandı. Və beləcə dünyaya gələn uşağın adı Aygün oldu.
Aygün də məktəbəqədər dövrdə bütün həmyaşıdları kimi gəlincikləri oynayar, xüsusi bacarıq və qabiliyyəti ilə onlardan seçilməzdi. Lakin illər-illərə calandıqca bu qızın təhsilə xüsusi marağı üzə çıxmağa başladı. Əsas səbəblərdən biri də onun ziyalı, təhsilə xüsusi önəm verən bir ailədə boya-başa çatması idi. Aygünün anası ixtisasca müəllimdir.
Aygün Biləndər qızı Mustafayeva 9 aprel 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 1995-ci ildə Səməd Vurğun adına 16 saylı orta məktəbə I sinifə gedib və 2006-cı ildə həmin məktəbi bitirərərək yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 2012-ci ildə ATU-nu bitirərək terapiya ixtisası üzrə rezidenturaya qəbul olub. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezident-terapevt kimi çalışır.
Aygün hələ uşaqlıqdan həkim olmaq həvəsində olub. Həmdə valideynlərinin arzusu idi onun həkim olması.
Aygün orta məktəbdə həmişə dərslərini əla qiymətlərlə oxuyub. Sevdiyim fənlər başda riyaziyyat olmaqla, ədəbiyyat və biologiya olmuşdur.
Ali məktəbdə daim müvəffəqiyyətlə oxumağa çalışıb qəhrəmanımız. İxtisas fənləri olan biokimya və daxili xəstəlikləri isə xüsusi maraq və həvəslə mənimsəyib.
Aygün: “ - Həyatimda ən uğurlu günlərim universitetə və rezidenturaya daxil olduğum günlər olub.
Seçdiyim ixtisasa yiyələnməkdə universitet müəllimlərimə, qəbul imtahanında göstərdiyim nəticəyə görə biologiya müəllimim və anam Tamella xanıma, fizika müəllimim Gülşən xanıma, kimya müəllimim Səkinə xanıma dərin təşəkkürümü edirəm.
Tibb sahəsində ixtisas üzrə kuratorum dosent Əli İbrahimova oxşamaq istərdim.
Rezidenturanı bitirdikdən sonra doğma şəhərim Mingəçevirdə işləmək istəyirəm.
İnsanların sağlamlığının keşiyində dayanmaq, onlara yaşamaq ümidi bəxş etmək mənimçün ən böyük xoşbəxtlikdir. İxtisasım üzrə hədəfim elmlər namizədi, daha sonra isə Allah qismət edərsə elmlər doktoru olmaqdır.

Asudə vaxtlarımda tibbi kitablarla yanaşı bədii ədəbiyyat da oxuyuram. Dedektiv kitablar daha cox diqqətimi cəlb edir. Müasir dövrün yazıçılarından Elxan Elatlının oxuyucularındanam.”

Комментариев нет:

Отправить комментарий