elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 июля 2014 г.

UĞURLARI ÇOXDUR

 

Soltanın adı ata babasının adı olaraq nənəsi tərəfindən seçilmişdir. Körpəlikdə istiqanlı, hazırcavab olması, şahmat oyunlarına marağı ilə seçilmişdir. Məktəbə gedənə qədər kiril və latın qrafikaları ilə yazıb-oxumağı vali­deynlərindən öyrənmişdi. 
Soltan Sabit oğlu Əzi­mov 1 mart 1995-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Xətai adına 64 saylı məktəbin I sinfinə daxil olub, hazırda Xətai rayonu 138 nömrəli mək­təbdə təhsilini davam et­dirir, şahmat və üzgü­çü­lüklə məşğul olur. Dərs əlaçısıdır. Tarix, Azərbay­can dili və riyaziyyat fən­lərini çox sevir. Məktəb­daxili ictimai tədbirlərdə, dövlət müstəqilliyinə həsr olunmuş bayram tədbir­lə­rində, H. Əliyevin yubile­yinə həsr edilmiş beynəlxalq yarışlarda da iştirak edib. Həya­tında ən uğurlu gün I sinfə həvəslə getməyi, müxtəlif olimpiada və yarışlarda I yeri tutmasıdır. Uğur qazanmağında valideyn­lərinin, məktəbdə isə müəllimlərinin rolu böyük olmuşdur. 
Gələcəkdə diplomat olmağı qarşısına məqsəd qoyub. Azər­baycanın beynəlxalq hüquqlarının müdafiəsində yaxından işti­rak etməyi özünə borc sayır. 
Asudə vaxtlarında idmanın müxtəlif növləri ilə məşğul olmağı, bədii ədəbiyyat mütailə etməyi xoşlayır. ATV kanalında yayımlanan LG “Bilik akademiyası” müsabiqəsində 2009 və 2010-cu ildə 2 dəfə fəxri yer tutaraq mükafata layiq görül­müş­dür. İctimai Televiziyada “Virtual rinq” yarışmasında iştirak etmişdir. 2011-ci ilin fevral ayında Azərbaycan radiosunda “Bu bizik” hərbi-vətənpərvərlik verilişində çıxış etmişdir. 2007-ci və 2008-ci ildə “Planet” və “Şəkər villası” qəzetlərində keçirilən yarışmaların qalibidir. 
Şeir deməyi xoşlayır, ədəbi-bədii gecələrdə, müsabiqələrdə iştirak edir. Şahmat üzrə ilk dərəcə yarışında qalib gələrək ya­şıdları arasında Azərbaycanda göstərdiyi rekord nəticə onu bi­rinci etmişdir. 
Yüksək təhsil alaraq ixtisaslı kadr kimi özünü göstərmək istəyir. Tarixdə xeyirxah və dövlət mənafeyini qoruyan insan kimi qalmaq istərdi.
Soltanın müxtəlif illərdə idmanda və təhsildə əldə etdiyi nai­liyyətlərlə tanış olaq. 19 may 2003-cü ildə Nəsimi rayon Uşaq Gənclər Şahmat Mək­təbinin keçirdiyi IV dərəcə uğrunda ya­rışda I, 10 iyul 2004-cü ildə I dərəcə uğrunda respublika təsnifat turnirində II, 4 yanvar 2006-cı ildə dərəcə yarışlarında I, 18 noyabr 2006-cı ildə Respublika Şahmat-Dama Klubunun açıq birinciliyində I, 2006-cı il dekabrın 5-də Xətai rayon mək­təb­lilərinin XIX sparta­kia­dasının proqramına daxil olan şahmat yarışlarında III, 20 dekabr 2007-ci ildə Xətai rayon məktəb­lilərin XX spartakia­dasında I, spartakiadanın şəhər turunda isə III, 2008-ci ildə Həmkarlar İttifaqı Konfederasiyası Şahmat-Dama Klubunun açıq birinciliyində I, həmən il dekabrın 12-də 138 saylı məktəb komandasının tərkibində Xətai rayonu üzrə şahmat yarışında I, 2009-cu il oktyabrın 17-də Xətai rayonu üzrə dama yarışında I, həmən ildə ümumtəhsil məktəblərinin XXII spartakiadasının şahmat yarışlarında rayon və şəhər turlarında I, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar təşkil etdiyi turnirdə komanda birinciliyində I, 2010-cu ildə də spartakiadanın rayon turunda şahmat üzrə I yerlərə çıxıb. 
29 may 2003-cü ildə 138 saylı məktəbdə əla müvəffəqiyyət və nümunəvi davranışa görə tarifnamə, Xətai rayon Gənclər və İd­man İdarəsinin və məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə diplomla təltif olunub. 25 yanvar 2011-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yer tutub. 2011-ci ilin aprelində Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən layihədə serti­fikat­la təltif olunub.

Комментариев нет:

Отправить комментарий