elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 января 2015 г.

İsgəndərov Rövşən Əli oğlu

 
2008-ci ildə qəhrəmanımızın 7 yaşı var idi. Bildiyiniz kimi həmin il Pekində Yay Olimpiya Oyunları keçirilirdi. Balaca olmasına baxmayaraq Rövşən olimpiya oyunlarını, ələlxüsus cüdo üzrə olimpiya çempionu adını qazanmış idmançımız Elnur Məmmədlinin çıxışlarını çox diqqətlə izləyirdi. O zamandan Rövşəndə idmana maraq oyanır və bu yolda Elnur Məmmədli kimi böyük qələbələr qazanmağı qarşısına məqsəd qoyur.
İsgəndərov Rövşən Əli oğlu 6 mart 2001-ci il Rusiyanın Novosibirsk şəhərində anadan olub. İlk təhsilini Zərdab rayon Qaravəlli kənd S. Vurğun adına orta məktəbdə alıb. Hazırda Mingəçevir şəhər İ. Qayıbov adına 10 saylı tam orta məktəbdə təhsil alır.
Dərslərini əla və yaxşı qiymətlərlə oxuyur. Rövşən fənlər arasında fərq qoymamağa çalışsa da, daha çox sevdiyi fənlər Azərbaycan dili, ingilis dili, tarix və riyaziyyatdır. Sinif rəhbəri Svetlana Kərimova qeyd etdiyi kimi, Rövşən sakit təbiətli, mülayim və gülərüz olsa da, böyüdükcə bəlkə də idmana meyli onun daha qaynar təbiətli birinə çevrilməsinə səbəb olub. Rövşən şəhər üzrə keçirilən “Cəsurlar” hərbi-idman oyunlarında yaxından iştirak edir və liderliyə meylli biri olduğuna görə məktəbin komandasına  rəhbərlik ona həvalə olunur.
Rövşən həyatının ən uğurlu və maraqlı günü kimi 2010-cu ilin 18 dekabr tarixini qeyd etdi. Həmin gün Rövşən ilk dəfə Zaqatala şəhəri Uşaq Gənclər İdman Məktəbinin açıq birinciliyində I yer tutub. Bundan başqa Rövşən idman yarışlarında bir neçə diplomla təltif olunub. 18 dekabr 2010, 29 yanvar, 7 may, 17 iyul, 5 noyabr, 25 dekabr 2011, 13 yanvar, 24 fevral, 14 aprel, 8 sentyabr 2013, 31 oktyabr 2013, 6 aprel 2014, 27 aprel 2014 tarixli diplomlar onun kolleksiyasını bəzəyir.
Rövşən əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu hesab edir. Gələcəkdə hədəfi güclü idmançı və eyni zamanda savadlı bir hüquqşünas olmaqdır. Həyatdakı eybəcərlikləri və qanunsuzluqları düzəltmək istəyi onu hüquqşünaslıq ixtisasına doğru getməkdə daha inadlı olmağa vadar edir. Rövşənin qarşısına qoyduğu məqsədlərdən biri də hüquq sahəsi üzrə ali məktəbə qəbul olub, oranı bitirib, təhsilini xaricdə davam etdirməkdi. Tarixin yaddaşında qalmaq üçün dünya şöhrətli idmançı olmağı hədəfləyən gənc istedadımız İsgəndərov Rövşənə bu yolda nailiyyətlər arzu edir, daha böyük qələbələrə aparan yolda ona əzm və iradə arzu edirik.

Комментариев нет:

Отправить комментарий