elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 января 2015 г.

Nəsibov Köçəri Aqşin oğlu

Xalqımızın yazılmamış qanunlarından biri də adları əbədiləşdirmək üçün dünyaya gələn uşaqlara nəsildə mövcud olmuş isimləri verməkdir. Növbəti qəhrəmanımız ata babasının adını daşıyır. O babasının adını doğruldur desək yanılmarıq.
Gəlin qəhrəmanımızla sizi də tanış edək. Köçəri Aqşin oğlu Nəsibovdur növbəti qəhrəmanımız. O, 31 dekabr 2003-cü ildə Şəmkir rayonunda dünyaya göz açıb. Körpəlikdə o çox ma­raq­lı və qeyri adi uşaq olub. Böyüklərə məxsus hərəkətləri, məntiqi, mədəniyyəti ilə seçilib və ətrafındakıları hey­rət­ləndirib.
Köçəri artıq mək­təbə ənə gedqədər oxumağı və yazmağı bilirdi. Onun məktə­bə­qədər hazırlıq mərhələsi ilə anası Səkinə xanım məşğul olurdu.
Qəhrəmanımız orta təhsilə ilk qədəmlərini Bakının Xətai rayonundakı Humanitar Fənlər Təmayüllü Liseydə atıb. Orada təhsil adığı dövrdə fəallığı ilə seçilib. Burada təhsil aldığı dövrdə təhsildə, təlimdə əldə uğurlara görə 3 dəfə tərifnamə və fəxri fərmanla təltif edilib.
Hazırda Heydər Əliyev adına liseydə təhsil alan Köçəri dərslərini yaxşı oxuyur. Sevimli fənni riyaziyyatdır. Məktəbin ictimai həyatında da fəal iştirak edir. Gələcəkdə yüksək səviyyəli ali təhsilə yiyələnmək onun ən böyük arzusudur.
Boş vaxtlarında kitab oxuyur, misallar həll edir, bilgisayarda oynamaüı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Məktəb illərində daim müəllimlərimin, valideynlərimin mən göstərdiyi etimadı doğrultmağa çalışacam. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.

2 комментария:

  1. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  2. Dayım nəvəsinə uğurlar arzu edirəm.Hər zaman fəxrimiz olsun.Köçərinin əziyyətini çəkənlərə də minnətdarlığımı bildirirəm.Xüsusən də müəllimlərinə.

    ОтветитьУдалить