elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 февраля 2015 г.

Nəsirov Samir Azər oğlu

Samirin adını babası qoyub. Körpəlikdə şıltaq, əylənməyi çox sevən, olduqca enerjili uşaq olub. 6 yaşında valideylərindən xəbərsiz idman məşqlərinə qoşulub Samir.
Samir Azər oğlu Nəsirov 18 may 2002-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində dünyaya gəlib. Təhsilini Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə alır. Samir 4 yaşından hərfləri tanıyırdı, anası ona hecalara bölüb oxumağı da öyrətmişdi. Hazırda dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri biologiya və riyaziyyatdır.
Samir həyatının ən maraqlı günü kimi Bərdə rayonunda milli qəhrəman Mübariz İbrahimovun şərəfinə keçirilən yarışı qeyd etdi. Həmin yarışda boks idman növü üzrə I yerin qalibi olub. Qeyd edək ki Samir boks idmanı ilə məşğul olur. Müəllimi olimpiya çempionu Vüqar Ələkbərovun məşqçisi Rəşid Məmmədovdur.
Əldə etdiyi qələbələrə baxmayaraq, Samir olduqca təvazökar uşaqdı. Özü haqqında qətiyyən yüksək fikirdə deyil. Samir haqqında diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, iştirak etdiyi beynəlxalq yarışlarda xarici dövlətlərdən olan idmançılarla ünsiyyət qurur və Qarabağın ta qədimdən Azərbayacan torpaqları olduğunu, ermənilərin qəsbkar xislətini həmsöhbət olduğu uşaqlara ingilis dilində çatdırır. Samirin ingilis dilini təmiz bilməsinə səbəb nənəsi Ofelya xanım olub. Ofelya Quliyeva kübar bir xanım, mehriban nənə olması ilə bərabər, həm də savadlı xarici dil müəllimidir.
Samir əldə etdiyi uğurlara görə özünü Allaha və atasına borclu sayır. Həyatda sevimli atası Azər bəyə oxşamaq istəyir və arzu edir ki, valideynləri hər zaman onunla fəxr etsin.
Gələcəkdə insan hüquqlarını qorumaq üçün hüquqşünas olmağı hədəfləyib Samir Nəsirov. Ən böyük arzusu olimpiya çempionu olub, üçrəngli Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq və himnimizi bütün dünyaya ayaq üstə dinlətməkdir.

Samirin öz ünvanına eşitmək istədiyi üç söz: vətənpərvər, çempion, hüquqşünas sözləri oldu. İnanırıq ki zamanla Samir bu sözləri öz ünvanına eşidər, həm ailəsini, həm onu sevənləri, artıq indidən canından artıq sevdiyi vətəni Azərbaycanı sevindirər.

Комментариев нет:

Отправить комментарий