elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 октября 2015 г.

Abbasova Aysel Azər qızı

Abbasova Aysel Azər qızı 2002 ci-il aprel ayının 5-də Rusiya Federasiyası,Moskva şəhərində anadan olmuşdur.Aysel körpəlikdən sakit, sözəbaxan bir uşaq olmuşdur.Oyuncaqlarla oynamağı sevmiş,cizgi filmlərinə baxmağa və rəsm çəkməyə böyük marağı olmuşdur.
Aysel məktəbəqədər hazırlıq kurslarında iştirak etdiyi müddətdə artıq yazmağı və saymağı bacarırdı.Ona bunları öyrətməkdə müəllimləriylə yanaşı valideynləri de köməklik göstərmişdir.Bu müddətdə də ən böyük maraqlarından biri rəsm çəkmək olmuşdur və hal-hazırda da bu işlə məşğuldur.
Rəsmə böyük marağı olan bu kiçik qız artıq məktəbə ilk qədəmlərini qoymuş və ilk təhsilini 23 nömrəli orta məktəbdə almışdır.Aysel dərslərinə məsuliyyətlə yanaşır,əla qiymətlər almaq üçün çox çalışırdı.Və bunun nəticəsidir ki o 3-cü və 4-cü sinifləri əlaçı kimi bitirdiyinə görə fəxri fərmanla təltif olunur.O,hal-hazırda təhsilini 276 nömrəli məktəbdə davam etdirir və ən çox sevdiyi fənlər Riyaziyyat, Coğrafiya, Fizika, Azərbaycan dili, Həyat bilgisi və Rəsmdir.
Ayselin çəkdiyi rəsmləri nümayiş etdirməsi üçün ilk fürsət yarandı.O, İcra hakimiyyətinin başçılığı ilə keçirilən rəsm sərgisində iştirak etdi və fərqli hədiyyələrlə qiymətləndirildi.O, rəsmlər çəkərkən vətənpərvərlik,sevgi mövzularına daha çox diqqət yetirdiyini bildirir..
Aysel rəsm sənətini çox sevdiyini və gələcəkdə də inkişaf etdirərək daha böyük uğurlara nail olmaq istədiyini bildirir.Təbii ki, o da hər bir uşaq kimi məktəbi bitirdikdən sonra ali məktəbə daxil olmaq və Hüquqşünas ixtisası üzrə təhsil almaq istəyir.Onun bu ixtisası seçməsinə insanların öz hüquqlarını tanımasına yardımçı olmaq və hüquqlarını qorumaq istəyi səbəb olmuşdur.Bu istək onda 12 yaşında formalaşıb, çünki O, məhz bu yaşlarında hər insanın öz hüquqlarını bilməli olduğunu dərk etmişdir.
Balaca rəssamımız Aysel asudə vaxtlarında rəsmlə məşğul olur və arzu etdiyi Hüquqşünas ixtisasına aid bilgilər toplayır.
Aysel artıq müstəqil düşünən və nə istədiyinə əmin olan istedadlı bir gənc kimi gələcək həyatında nəinki yiyələnəcəyi bir sahə ilə, həmçinin  insanlığı ilə Vətəninə yararlı bir şəxs kimi yüksəlmək və bu yüksəlişi ilə ailəsinin,dövlətinin fəxri olmağı arzulayır.
Sonda O, əldə etdiyi uğurlara,nəaliyyətlərə görə müəllimlərinə və valideynlərinə borclu olduğunu söyləyib
Biz də Ayselə gələcək həyatında bol-bol uğurlar diləyir,bütün arzularını layiqincə yerinə yetirməyini ürəkdən arzulayırıq.

Комментариев нет:

Отправить комментарий