elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 октября 2015 г.

Zamanlı Cəlal Səid oğlu

Bu balaca qəhramanda hələ 3-4 yaşlarından vətəninin bayrağına, ölkəsinin himninə məhəbbət oyanıb. Hələ uşaq yaşlarından bir çox ölkələrin bayrağını tanıyırdı. Əsgər paltarını geyinmək, vətənə xidmət etmək arzusu da uşaqlıqdan yaranıb.
Zamanlı Cəlal Səid oğlu 6 oktyabr 2005-ci ildə Bakı şəhərində payız fəslinin ilk ayında dünyaya göz açmışdır.
Cəlalın yaşının kiçik olmasına baxmayaraq yaxınları ilə danışdıqda onun necə biri olduğuna şahid olduq.
Anasının dediyinə görə Cəlal məsuliyyətli, ağıllı, dərslərini əla qiymətlərlə oxuyan birisidir. Onun ideaları geniş, fikirləri çox məntiqə uyğun, dostlarına və sinif yoldaşlarına, davranış qaydalarında nəzakət göstərən birisidir. O, hələ məktəbə getməzdən öncə yazıb-oxumağı, hesablamağı bacarırdı. Bütün bunları ona 48 saylı Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Gülnarə Vəliyeva öyrədib. Gülnarə xanım söylədi ki, mən fəxr hissiylə dəyə bilərəm ki, Cəlal həm yaxşı şagird, eyni zamanda müstəqil Azərbaycan üçün dəyərli vətəndaşdır. Hər zaman kütləvi tədbirlərdə əsgər geyimi ilə vətənpərvərlik mövzulu şeirləri ürək yanğısıyla söyləyən bir şagird olub. Əla qiymətləri, məntiqi düşüncələri ilə müəlliminin ən sevimli şagirdlərindən biri kimi yadda qalıb. 
Cəlal 2011-ci ildə Suraxanı rayonundakı 226 saylı tam orta məktəbə daxil olub. İbtidai sinif müəllimi Maisə xanım Cəlal haqqında belə dedi: “Hər zaman sinfin birincisi olan Cəlal bir neçə dəfə fəxri fərman alıb. Dərslərinə daim məsuliyyətlə yanaşıb. Sinif yoldaşlarına dərslərində kömək edib. Özündən böyüklərə hörmətlə yanaşıb.”
Cəlal boş vaxtlarında idmanla məşğul olur. Bir neçə dəfə idmanda uğurlar əldə edib, diploma layiq görülüb.
“Zəfər” kurslarının keçirdiyi imtahanlarda yer tutmuş, ailəsinin və müəllimlərinin sevincinə səbəb olmuşdur. “Zəfər”, “Smart”, “Alfa” kursla­rın­da yüksək yerlər tut­duğuna, bilik yarış­masında qa­lib gəl­diyinə görə fəxri fər­manla təltif olunub. 226 saylı tam orta məktəbin “Şərəf lövhəsi”ndə şəkli ön sıralardadır.
Cəlalın ən böyük arzusu məktəbi qurtardıqdan sonra ali təh­sil alaraq onun üzərində əziyyəti olan üç əvəzolunmaz insanın ümidini doğrultmaqdır. Ona qələm tutmağı öyrədən Gülnarə xanımın, ibtidai sinif müəllimi Maisə xanımın və verilən tapşırıqları yerinə yetirməkdə kömək edən nənəsi Züleyxa xanımın əziyyətlərini yerə vurmayacağına, valideynlərinin fəxr etdiyi bir oğul olacağına, ölkəsini dünyada tanıdacağına söz verir. Cəlal fəxrlə hər kəsin yanında deyir: “Axı mən Yazıçılar İttifaqının üzvü yazıçı-tərcüməçi, elmlər namizədi Şamil Zamanın nəvəsiyəm.”

Комментариев нет:

Отправить комментарий