elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 января 2016 г.

Məmmədova Milana Elşən qızı



Məmmədova Milana Elşən qızı 1999-cu il martın 19-da Rusiya Federasiyası Moskva şəhərində anadan olub. Məktəbə gedənə qədər yazıb oxumağı bacarıb. Bu işdə ona anası böyük köməklik göstərib. Milananın uşaqlıqda bir çox sevimli məşğuliyyətləri olub. Bunlardan ən çox sevdiyi isə cizgi filmlərinin qəhrəmanlarının, gəlinciklərin şəkillərini çək­mək olub. Artıq gələcəkdə həyat tərzinə çevriləcək sevimli işinə doğru addım­la­rını atırdı...
İlk təhsilini Əsəd Ələs­gə­rov adına 244 nömrəli tam orta məktəbdə alıb. Milana hər za­man dərslərində fəal iştirak edib. Riyaziyyat və biologiya fənlərini xüsusi hə­vəslə oxuyub. O, hələ orta məktəbdə oxuyan zaman Bi­nəqədi rayonunda məktəblər­arası rəsm müsabiqələrində və  sərgilərdə iştirak edib. 
Gənc qızın ən böyük uğur­larından biri 2013-cü ilin 31 may - 9 iyun tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiya­sın­da keçirilən «Saf rənglər-I» Bey­nəl­xalq Uşaq Yaradıcılıq Fes­ti­valında iştirak etməsi və diplomla təltif olunmasıdır. Milana 2013-cü ildə Azərbaycan tele­radiosunda «Esmeralda» stu­diyasından müəllimi Esmeralda Tağızadə və bir neçə tələbə ilə birlikdə iştirakı edib. Bu onun gələcək yaradıcılığı üçün stimul rolunu oynayıb.
2014-cü il Milana üçün xüsusilə yaddaqalan olub. O, 2014-cü ilin aprel ayında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən «Çirkli rəsm» ekoloji rəsm müsabiqəsində iştirak edib və Sertifikata layiq görülüb.
Həmin ilin mayında «Damla» İctimai Birliyi ilə əməkdaşlıq et­diyinə və layihədə fəal iştirakına görə ona xüsusi təşəkkürnamə verilib. 
2014-cü il iyunun 1-də Azərbaycan Dövlət Rəssamlıq Akade­miyasında keçirilən Uşaq və Yeniyetmələrin «Saf rənglər-II» Beynəlxalq Rəsm Yara­dıcılıq Festivalında iştirakına görə III yer və diplomla təltif olunub. 
2015-ci il noyabrın 25-27-də Azərbaycan Respublikası Mədə­niy­yət və Turizm Nazirliyinin «İslam sivilizasiyası uşaqların gözü ilə» mövzusunda keçirdiyi müsabiqədə yüksək nəticə əldə edib – III dərəcəli diploma layiq görülüb. Eyni zamanda Milananın rəsm əsəri afişada fon olaraq seçilib. 
Yaşının az olmasına baxmayaraq, uğurları ilə fərqlənən gənc rəssama 2016-cı il mayın 16-da Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş «İrəliyə doğru» sərgisində iştirak etdiyinə görə sertifikat təqdim edilib. 2017-ci il martın 17-də «Novruz bayramı» münasibəti ilə keçirilən sərgidə fəal iştrakına görə diplomla mükafatlanıb. 
Həmin il mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Azər­baycan Dövlət Rəsm Qalereyası, “Xətai” Sənət Mər­kəzinin birgə təşkilatçılığı ilə baş tutan «Bura Azərbaycandır» adlı rəsm müsabiqəsinin yekun sərgisində iştirakına görə diplomla təltif olunub. 
2017-ci il mayın 30-da mükafatlarının sırasına biri də əlavə olunub. Ona Azərbaycan İncəsənət Konsulluğu Gənclər Şəbəkəsinin keçirdiyi «Xatirələr» sərgisində iştirakına görə sertifikat təqdim olunub.
2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə Kollecini «Rəngkarlıq» ixtisası üzrə bitirib və diplom müdafiəsini edib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «İnformasiya texnologiyaları» ixtisasında qiyabi təhsil alır və rəssamlıqla yanaşı Developia, «Engineering academy», «Java», «Skratch» proqramlaşdırma dili və «Innjoy» kursunda general english ilə də məşğul olur.
Milana əldə etdiyi uğurlara görə valideynlərinə, ilk ustadı Esmeralda xanıma, həmçinin İncəsənət Kollecinin müəllim kollek­ti­vinə borclu olduğunu bildirib. Valideynləri onu hər zaman dəstəkləyib, bu yolda köməkliklərini əsirgəməyiblər.
Sevindirici haldır ki, istedadlı müəlliminin zəhmətlərini yüksək qiymətləndirir. Belə ki, Milana Esmeralda xanıma oxşamağa və onun kimi dəqiq, diqqətcil, məsuliyyətli olmağa çalışır. 
Asudə vaxtlarında eskizlər hazırlamağı, musiqi dinləməyi və kitab oxumağı sevir. Daha çox portret, mənzərə, gül, şüşə üzərində rəsm (qarışıq texnika ilə) çəkməyə üstünlük verir. Surrealizmin ən çətin janrlardan biri olduğunu deyən Milananın fikrincə, heç də hər rəssam bu janrda əsərlər yaratmağı bacarmır. Onun ən böyük arzularından biri də elə bu janrdakı uğuları ilə rəssamlığa təsadüfi olaraq gəlmədiyini, konkret sahənin, həqiqətən, alın yazısı oldu­ğunu sübut etməkdir. Fırçasını bir an belə olsa əlindən yerə qoymaq barədə düşünmür. Müsahibələrinin birində dediyi kimi: “Surre­alizm çətin janrdır. Zirvəyə qalxan yol çətinliklərdən keçir. Çətin­likləri dəf etmək üçün isə addım-addım irəliləmək lazımdır. Mən o zirvəni fəth etməyə calışacam.”

Комментариев нет:

Отправить комментарий