elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 января 2016 г.

Sorokina Darya Romanovna

Sorokina Darya Romanovna 29 noyabr 2002-ci ilə Bakı şəhərində dünyaya gəlib. Uşaqlığında ağıllı və olduqca aktiv olan Dərya bir çox sahələrə maraq göstərirdi. Marağını çəkən hər şeylə bağlı suallar verirdi. Nağıllara qulaq asmağı, cizgi filmlərinə baxmağı, rəsm çəkməyi, təbiət qoynunda olmağı, əyləncəli oyunları, rəqs və idman etməyi çox sevirdi. Məktəbə getməmişdən öncə ABVQDK məktəbəqədər hazırlıq kursunda sadə biliklərə yiyələnmişdir. Spartak idman cəmiyyətində müxtəlif idman növləri ilə tanış olmuş, gimnastika ilə məşğul olmağa başlamışdır. İlk təhsilinə isə Bakı şəhəri, Nərimanov rayon 193 saylı orta məktəbdə başlamışdır və hazırda da orada təhsilini davam etdirir. Dərslərində çox fəal, nizam-intizamlı şagirddir. Ən sevimli fənni isə xarici dildir. Asudə vaxtlarında italyan dilini öyrənir. Məktəbdə keçirilən bütün bayram şənliklərində, tədbirlərdə, mərasimlərdə, bədii gimnastika üzrə keçirilən yarışlarda fəal iştirak edir. 2013-cü ildən bədii gimnastika üzrə Milli komandanın üzvüdür və həmin ildən etibarən Milli gimnastika arenasında məşq edir. Arenanı o, ikinci evi hesab edir, çünki gününün  demək olar ki, böyük hissəsini burada keçirir. Hazırda Dəryanin idman üzrə dərəcəsi idman ustalığına namizəddir. Dərya hesab edir ki, onun həyatının ən uğurlu günü 2015-ci ilin may ayında Belarusiyanın Minsk şəhərində keçirilən Avropa çempionatında çıxış etdiyi gündür. Orada o, birlikdə qatıldığı 4 iştirakçı qızla birgə 4-cü yeri qazanmışdır. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü Əlizadə Nurlana, Nərimanova Natalya və Əliyeva Kristina  məşqçi-xanımlara borclu bilən Dərya onların əziyyətini yüksək qiymətləndirir. Bundan başqa, məşqçiləri Qaratova Lalə, Bəkirova Vəfa, Marianna Vasilyevnanın da rolu Dəryanın qazandığı nailiyyətlərdə danılmazdır. Onların qayğısı və tələbkarlığı sayəsində Dərya öz üzərində daha çox çalışaraq indiki səviyyəyə gəlib çatmışdır.
Azərbaycan Bədii Gimnastika Federasiyasının gimnastika üzrə bütün yarışları televiziyada işıqlandırılır. Minsk şəhərində keçirilən yarışdakı qələbəsindən sonra Dərya Sorokina ATV və İdman Azərbaycan kanallarında yayımlanan verilişlərdə iştirak etmişdir. Bundan əlavə, AGF internet saytında Milli komandanın hər bir üzvü haaqında məlumatlar yerləşdirilmişdir. Dərya gələcəkdə Marina Duninda kimi gimnast olmağı arzulayır. Bu arzusu Dəryaya həm də imkan verəcək ki, o, Olimpiya çempionu olsun və bununla da Azərbaycanın bayrağını yüksəklərə qaldırsın. Hazırda bütün fəaliyyətini bu məqsəd uğrunda istiqamətləndirən Dərya öz arzusuna çatmaqda iddialıdır. 

Комментариев нет:

Отправить комментарий