elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2018 г.

Cəbrayılov Nihad Nail oğlu

Cəbrayılov Nihad Nail oğlu 29.12.2008-ci ildə Bakı şəhərində anadan olub. Nihad körpəlikdən hiperaktiv, ağıllı və ətraf mühitdə baş verən hadisələrə qarşı böyük maraq göstərən uşaq olub. O, tez bir zamanda ayaq açıb və tezliklədə danışmağa başlayıb. Onun ən sevimli məşğuliyyətləri sulu boya ilə rəsmlər çəkmək və maraqlı fiqurlar düzəltmək olub. Nihad məktəbə gedənə qədər yazmağı, oxumağı və İngilis dilində şeirlər söyləməyi evdə anasının köməkliyi ilə öyrənib. Onun şahmat oynamağa böyük marağı lap erkən yaşlarından başlayıb. Cəbrayılov Nihad Lökbatan qəsəbəsində yerləşən 166 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri riyaziyyat, həyat bilgisi və təsviri incəsənətdir. O, məktəblərində keçirilən bütün bayram şənlikləri və tədbirlərdə fəal iştirak edib. Nihad Əlifba bayramında “Tıq-Tıq’ nağılından epizot olan “Siçan” obrazını böyük məharətlə canlandırıb. Mərhum prezidentimiz Heydər Əliyevin anın gününə həsr olunmuş tədbirdə şeir söyləyib və onun  həyatı barəsində  məlumat verib.  Nihadın çox gözəl əl işləri var. Beləki o, rəngli kağızlardan akvarel qab, müxtəlif fiqurlar və futbol meydançası hazırlayıb. Onun bu əl işləri sərgidə nümayiş olunub və 3-cu yerə layiq görülüb. Nihat eyni zamanda da tədbirlərdə göstərdiyi aktivliyə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub. Nihat fəaliyyətindən dolayı ansına oxşamaq istəyir. Onun kimi əməksevər və çalışqan olmaq arzusundadır. Gələcəkdə hüquqşünast olmaq niyyətindədir. O, 3-cü sinifdə oxuyandan bu qərara gəlib. Haqqın ədalətli bərpasını təmin etmək istəyir. Asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi çox sevir. Nihad “Binokyonun  macəraları”,  Əziz Mahmudun “Hüdayi “ və Şah İsmayıl Xətayi əsərini mütaliyə edib. O, canlandırdığı rəsm əsərlərində daha çox mənzərə təsvirləri çəkməyə üstünlük verir. Nihadın gələcək planları ali təhsil almaq, yüksək ixtisaslı kadr olub Vətəninə layiqli şəxsiyyət olaraq cəmiyyətdə bir mövqey sahibi olmaqdır.

Комментариев нет:

Отправить комментарий