elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2018 г.

Əzizli Nihad Xavər oğlu

Əzizli Nihad Xavər oğlu 16.09.2009-cu ildə Bakı şəhərində anadan olub. Nihad körpəlikdən çox səliqəli, ağıllı, təmkinli və yüksək zəkaya malik bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək və müxtəlif şeylərdən biri-birindən maraqlı əşyalar hazırlamaqdır.  O, məktəbə gedənə qədər yazmağı, oxumağı evdə anasının köməkliyi ilə hazırlıqda isə müəllimləri tərəfindən öyrənib. İstedadı 3 yaşı olan zamandan ailəsi tərəfindən müşahidə edilib. O, yaşının çox az olmasına baxmayaraq albom kağızları üzərində cızma-qara etməyə başlamışdır. Əzizli Nihad Lökbatan qəsəbəsində yerləşən 166 saylı tam orta məktəbin şagirdidir.  Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənləri təsviri incəsənət, riyaziyyat və Azərbaycan dilidir. Nihat bayram şənliklərinin və tədbirlərin fəal iştirakçısıdr. O, əl qabilliyyəti tələb edən bütün yarışlarda iştirak edib və nailiyyətlər əldə edib. Ailəsi ilə keçirdiyi hər gün və dəqiqə onun üçün yadda qalan və əvəz olunmazdır. Bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, nənə, babalarına və müəllimlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı Surxay və Qəmbər babalarına oxşamaq istəyir. Nihad gələcəkdə  yüksək ixtisaslı həkim olmaq istəyir.O, peşəsini vicdanla yerinə yetirib, carəsiz xəstlərə şəfa vermək arzusundadır. Asudə vaxtlarında riyazi məsələlər həll etməyə üstünlük verir. Nihat vətənini sonsuz məhəbbətlə sevir və bu torpaq uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla anır. Onun gələcəyə dair planları ali məktəbə qəbul olmaq və baş həkim vəzifəsinə qədər yüksəlməkdir.

Комментариев нет:

Отправить комментарий