elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2012 г.

Əfəndiyev Elyar Rasim oğlu




“Elyar” yəni “elin sevimlisi”, “elin yarı”, “elin istəklisi” de­mək­dir. Elyar körpəlikdə sakit təbiətli bir uşaq olub. Cizgi filmlərini, heyvanlar haqqında kinofilmləri çox xoşla­yır­dı. Oyuncaq maşınları, kon­struktor evi söküb-yığmağı sevirdi. Məktəbə gedənə qədər saymağı yaz­mağı, oxumağı müəy­yən qədər mənimsəmişdi. Evdə valideynləri, sonra isə uşaq bağçasında müəl­limləri öyrədirdi. Elyar o vaxtlar Müdafiə Nazir­li­yinin nəzdində olan uşaq bağçasına gedirdi. Orada uşaqlarla şəkil çəkməyi öyrədir, mahnı oxuyur, tamaşalar hazırlanır, uşaqlar ifa etdikləri rollara görə hədiyyələr qazanırdılar. İbtidai sinif müəllimi Gülayə xanımda çox savadlı, sənətini sevən bir müəllim idi. Onun Elyarın mükəmməl bir şagird olmasında böyük rolub olub.
Elyar Rasim oğlu Əfəndiyev 1996-cı il fevralın 23-də Bakı şəhərində anadan olmuşdur. I sinfə Yasamal rayon 18 saylı məktəbə getmişdir. Yaşayış yerlərini dəyişdikləri üçün III sinfi Xətai rayonunda davam etmişdir. H. Əliyev adına liseyə imtahan yolu ilə yüksək balla qəbul olunmuşdur. Təhsildən əlavə məşğuliyyətləri - şahmat oynamaq və üzgüçülüklə, bilgisayarla məşğul olmaqdır. Dərslərini normal oxuyur. Qiymətləri “4” və “5”dir. Ən sevimli fənləri texniki fənlərdir. Xüsusilə riyaziyyatı, fizikanı, kimyanı çox sevir. İngilis dilini də mükəmməl öyrənməyə çalışır. 
Elyar: “ - “Şahin” hərbi vətənpərvərlik oyunu üzrə birincilik yarışlarında fəal iştirak etmişəm. 2 dəfə diploma layiq görülmü­şəm. 2011-ci ilin aprel ayında Xətai rayon birinciliyi üzrə hərbi idman oyunları yarışı keçirilirdi. Çox gərgin yarış idi. Orada mən II yerə layiq görüldüm. Bu mənim ən uğurlu günlərimdən biri idi. 
Gələcəkdə neftçi olmaq istəyirəm. Babam Hidayət Qasımov uzun illər neft sahəsində çalışıb, medallarla təltif olu­nub. Babam haqqında “Azərbaycan dünyası” jurnalın­da gedən mə­qaləni oxuduqdan sonra neftçi-mühəndis olmağı qərara aldım. 
Asudə vaxtlarımda tarixi şəxsiyyətlər haqqında kitablar oxu­mağı, filmlərə baxmağı xoşlayıram. Xoşbəxtliyi həyatda özünə layiqli yer tutmaqda görürəm. 
VIII sinifdə yazdığım “Ana heykəli” şeirini igid sərhədçi, Ussuri çayı sahilində həlak olmuş anamın dayısı Tofiq Abbasova ithaf etmişəm.
Ana heykəli

                                                           Dəniz qırağında durub bir ana,
                                                           Xəyala dalıbdır gərdin sükutla.
                                                           Axtarır oğlunu ləpələrdə o,
                                                           Sahilə can atan büllur sularda.

                                                           Oğlunun həsrətilə vurur elə bil,
                                                           Ağ saçlı ananın təmiz ürəyi,
                                                           İstəsə də bir xəbər o kövrək ürək,
                                                           Oğlundan xəbər bilən yoxdur elə bil.

                                                           Ürəyi kövrəlir, dolur ananın,
                                                           Gözlərində görünür yaş qətrələri.
                                                           Ağlama, anacan, ağlama daya,
                                                           Axı sən mərd anası şəhid anasısan.
                                              
                                                           Heykələ dönübdür bax həmin ana,
                                                           Milyon anaların heykəlidir bu,
                                                           Tər çiçək dəstələri qoyur köksünə,
                                                           Öpürəm anamın gül əllərindən.

                                                           Dəniz qırağında Ana heykəli,
                                                           Ananın gözləri hələ yoldadır.
                                                           Fikri dağınıqdır, saçları dalğın,
                                                           O dolmuş gözləri yenə yoldadır

Комментариев нет:

Отправить комментарий