elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 мая 2012 г.

PARLAQ GÜNƏŞ (Hüseynova Günal Malik qızı)

Günal Malik qızı Hüseynova 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Adını babası - filologiya elmlər na­mi­zə­di, Xəlil Hüseynov qoymuşdur. Günal - al, parlaq günəş de­mək­dir. 
Uşaqlıqdan sözəbaxan, məsuliyyətli uşaq olub. Hələ məktəbə getməzdən əvvəl yazıb-oxumağa bö­yük maraq göstərmişdir. Məktəbəqədər dövrü Zirə kəndində nənə-babasının yanında keçmişdir. Uşaq vaxtı hərfləri tanı­d­ı­ğın­dan qon­şu­dakı qa­dın­lara yazmağı öyrədirdi. 
İbtidai sinifdə çox yax­şı oxuyurdu. Riyaziyyata marağı böyük idi. Heç ki­min köməyinə ehtiyac duy­murdu. Məsələləri asan­lıqla həll edir, hətta yaşıdlarına da başa salır­dı. 
Günal 1996-cı ildə Bakı şəhər Nizami rayonundakı Y. Ko­val­yov adına 229 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. IV sinifdə imtahan verərək məktəb tərəfindən yaradılan Va əlaçılar sinfinə keçmişdir. 2007-ci ildə həmin məktəbi bitirərək ADNA-nın neft-mexanika fakültəsinin materialşünaslıq və material­la­rın texnologiyası ixtisasına daxil olub. II kursa kimi zərbətçi, sonra isə əlaçı olaraq təhsilini davam etdirib. 
Orta məktəbdə dərslərimi əla yaxşı oxumuşam. Riyaziyyat, Azərbaycan dili, ingilis dilinə marağı çox olub. Orta məktəbdə aktiv şagird olub və bir çox tədbirlərdə iştirak edib. Ən böyük arzusu ali məktəbə daxil olmaq idi. 
Tələbəlik illərində bir çox elmi-konfranslarda iştirak edib. Bir çox tədbirlərə fakültə dekanı tərəfindən seçilərək göndərilib. 2011-ci ildə ADNA-nı əla qiymətlərlə bitirib. Elə həmin il təhsilimi davam etdirmək məqsədilə sənədlərimi magistrtatura pilləsinə verib. Və bu imtahandan da uğurla keçib. Magistr təhsilini dövlət əsasında ATU-da əlvan metallar ixtisası üzrə davam edirəm. 
Günal: “ - Mənə görə həyatımda ən maraqlı, uğurlu hesab etdiyim gün elə ali məktəbə daxil olduğumu bildiyim gündür. Sevdiyim ixtisasa yiyələnməkdə ilk növbədə valideynlərimə borc­luyam. Onların mənə göstərdiyi qayğı nəticəsində bugünkü günə gəlib çıxmışam. 
Həmişə ali məktəbə qəbul olacağıma inan­mı­şam, çünki çox çalışmışam. Ali məktəbə qəbul olmaq xəbərini eşidəndə sevin­cimdən ağlayırdım. Sevincli xəbəri anama çatdırmaq üçün pilləkənlə necə yuxarı qalxdığım yadıma gəlmir. Anamın mənə verdiyi məsləhətlər sayəsində mən həyatda layiqli yerimi tutmaq üçün səylə çalışıram. Necə deyirlər: “Hər uğurlu bir qızın arxa­sında bir uğurlu ana durur”. 
Ali məktəbi bitirdikdən sonra hər kəs işləmək arzusu ilə yaşayır. Mən də ARDNŞ-də işləməyi həmişə arzu etmişəm. Ümid edirəm ki, bu arzu kimi ürəyimdə qalmayacaq. 
Xoşbəxtliyi sağlamlıqda gözəl ailə, mehriban əhatə, layiqli karyerada görürəm. İnsan kiməsə lazım olduğunu biləndə daha xoşbəxt olur. Azərbaycanın bu günü və gələcəyi üçün lazımi vətəndaş olmaq istəyirəm. İnanıram ki bundan sonra daha böyük uğurlarım olacaq. 
Asudə vaxtlarımda musiqi dinləməyi və rəfiqələrimlə ünsiy­yət qurmağı xoşlayıram. İnsanın ətrafında ona gerçək dəyər verən, pis və yaxşı günlərində yanında olan bir insanın olması onun uğur qazanmasına səbəb ola bilər. İnsanın əhatəsindən çox şey asılıdır. Çalışaq ki, həmişə yaxşı xeyirxah və dürüst insan­ların əhatəsində olaq.” 
huseynova.g@list.ru

Комментариев нет:

Отправить комментарий