elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Maqsudova Tahirə Azər qızı

Sizə gәlәcәyin hәkimi Tahirә haqqında danışmaq istәrdik. Gәnc qәhrәmanımız Tahirә körpә yaşlarında həddәn artıq fəal və bir az da ərköyün olub. Amma buna baxmayaraq maraq dairəsi çox geniş olub. Hər bir hadisədən hali olmaq onun ən böyük istəyi olub. Anası Günay xanım deyir ki, Tahirəni demək olar ki, oyuncaqlarla oynayan görmədik, kiçik yaşlarından “Sənə nə alaq?” sualına yalnız “Kitab istəyirəm, mənə kitab alın” - deyə cavab verərdi. Artiq üç yaşında hərflərə olan marağı ora gətirib çıxardı ki, o, dörd yaşında sərbəst oxumağa başladı. Bu işdə dayəsinin əməyi danılmazdır. Tahirənin göz açdigi ailədə musiqi duyumu hər kəsə məxsusdur, böyük bacısı Qəmərtac isə qanun aləti üzrə beynəlxalq və respublika laueratıdır. Təbii istedad (yüksək eşitmə qabiliyyəti) isə birbaşa şərtlərdən biridir.
Maqsudova Tahirə Azər qızı 2007-ci il martın 22-dә Bakı şәhәrindә anadan olmuşdur. 132-134 saylı Təhsil Kompleksində tәhsil alan Tahirә dәrs әlaçısıdır. Әn çox sevdiyi fәnlәr isә riyaziyyat, musiqi, fransiz və inglis dilidir. Mәktәbdә keçirlәn bir çox tәdbirlәrdә fәal iştirak edir. Tahirə beş yaşından “Təbəssüm”adlı Uşaq Teatrında həm rəqs, həm də vokal ifaçisi kimi fəaliyyət göstərir və bu dövrlərdə də müxtəlif TV proqramalarda, dövlət tədbirlərində fəal iştirak edib. Bu gün isə Azərbaycan Dövlət Televiziyasinin nəzdində fəaliyyət göstərən səsyazma evinin musiqili vokal qrupunda məşğul olur. Rəşid Behbudov adına Mahnı Teatrında, Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlərdə və 2016-ci ilin sonlarında təşkil olunan “Soyuq əllər, İsti ürəklər” lahiyəsində vokal ifaçisi kimi çıxış etmişdir. Bundan başqa vaxtaşırı bir sıra telelahiyələrdə aparıcı qismində özünü sınayaraq maraq dairəsini genisləndirməkdәdir. İstedadıyla bağlı Azərbaycan Dövlət televiziyasında, “Mədəniyyət” kanalının “Pillə” verilişində, “İctimai” televiziyada, “Space” TV-nin “Mən böyümüşəm” uşaq verlişindә çıxışları olub. Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә valideynlərinə və sevimli vokal müəllimi Nigar xanima minnәtdardır. Özünü tədrisdə ona yol göstərən müәllim kollektivinә vә sinif rәhbәri Lalә xanıma borclu hesab edir. Heç kimə bənzəmək istəməyən qəhrəmanımız peşəkar musiqişünaslarin fikri ilə razilaşib, onlarin tövsiyyələrini hər zaman nəzərə almağa çalışır.
“Zima i leto” adlı uşaq festivalının iştirakçısı olmaq arzusundadır. Gәlәcәklә bağlı planı haqda soruşarkən bizə həkim olmaq istәdiyini söylədi. Atası Azәr bәy intellektual bir insandır və peşəsini sevən həkimdir. Məhz bu amil qəhrəmanımızı həkimliyə sövq edən səbəbdir. Asudә vaxtlarında bәdii qiraət, musiqi və rəsm çəkməklə mәşğul olur. İncəsənətin çox zövqlü və maraqlı sahəsi olan oriqami ilə məşğul olmağı çox sevir. Gәlәcәk arzusunu dilə gətirərkən fransız dilini çox sevdiyini söyləyən istedadlı balamız poliqlot olmaq istəyini etiraf etdi. Ən ümdə arzusu isə savadli həkim olub xalqına xidmət etmək və valideynlərinin qürur mənbəyi olmaqdır. Tibb sahəsində ixtiralar etməklə tarixin yaddaşında qalmaq istəyir. Gәlәcəyin hәkimi olmaq arzusu ilə yorulmadan çalışan, daima biliklərini artıran Tahirәyә bütün xәstәlәrә şәfa vermәsini arzulayırıq. Uğurların bol, yolun açıq olsun, gözəl qızımız!

Комментариев нет:

Отправить комментарий