elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 марта 2015 г.

Bəxtiyar Yudin oğlu Həsənov


Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Bəxtiyar Yudin oğlu Həsənovdur. Bəxtiyar 21 mart 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Bəxtiyar körpəlikdə qeyri-adi bir uşaq olub. Döyüş səhnəli filmləri izləmək və filmdən izlədiyi fəndləri təkrar etməyi sevib. O, hələ 3 yaşındaykən riyazi əməlləri hesablamağı öyrənmişdir. Ona yazıb-oxumağa ən çox kömək edən bacısı Könül olmuşdur. Bəxtiyar 10 yaşında karate idman növüylə məşğul olmağa başladı. 2011-ci ildə həvəskar kimi üzgüçülüklə, 2012-ci ildə isə taekvando idman növüylə məşğul olmuşdur.
Bəxtiyar 2005-ci ildə 276 saylı məktəbin I sinfinə daxil olub, hazırda isə 102 saylı məktəbin X sinfində təhsil alır. O, dərslərinə diqqətlə yanaşır və müəllimlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənlər tarix, coğrafiya, ingilis dili, fizika, kimyadır.
Qəhrəmanımız taekvando üzrə yeniyetmələr arasında respublika birinciliyində “Qala” komandasının tərkibində çıxış I yerə layiq görüldüyü günü ən uğurlu günü hesab edir. Bəxtiyar bir cox diplomlara layiq görülmüşdür.
10. 04. 2011-ci il tarixində milli qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş futbol yarışında I,
31. 12. 2011-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş turnirdə II, 01. 04. 2012-ci il tarixində klublararası açıq çempionatda şəxsi Kumite üzrə oğlanlar arasında öz bacarığını göstərərək III,  28.04.2012-ci il tarixində Şotokan karate-do üzrə Bakı şəhəri açıq kubokunda II, 26.01.2012-ci ildə taekvando üzrə respublika çempionatında 45 kq çəki dərəcəsində I, 03.05.2012-ci il tarixində taekvando üzrə açıq respublika birinciliyində 49 kq çəkidə I yerlə təltif olunub.
07.07.2012-ci il tarixində Tovuz rayonunda şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş taekvondo üzrə xatirə turnirində 45 kq çəki dərəcəsində I, 26.01.2013-cu il tarixində taekvando üzrə Bakı şəhəri birinciliyində 49 kq çəki dərəcəsində  I, 19-17.03.2013-cü il tarixində taekvando üzrə gənclər arasında Göyçay rayon açıq birinciliyində 48 kq çəki dərəcəsində I, 03-05.05.2013-cü il tarixində taekvando üzrə Yeniyetmə və Gənclər arasında ümumrespublika turnirində 49 kq çəki dərəcəsində II, 01.06.2013-cü il tarixində taekvando üzrə Avstriyada open turnirdə III, 15-16.02.2014-cü il tarixində taekvando üzrə gənclər arasında Sumqayıt şəhər açıq birinciliyində 55 kq çəki dərəcəsində II, 16.03.2014-cu il tarixində taekvando üzrə “Azəri” klubunun açıq çempionatda III, 16-18.05. 2014-cü il tarixində taekvando üzrə Masallı rayonunda gənclər arasında ümumrespublika turnirində 55 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.
Bəxtiyar əldə etdiyi uğurlarına görə ailəsinə və müəllimi Ramil Həsənova borclu olduğunu hesab edir. O, ingilis aktyoru Jason Stathama oxşamaq istəyir. Bəxtiyarın fikrincə insan nailiyyətləri ilə kifayətlənməməlidir. Onun əsas hədəfi Avropa, dünya və olimpiya çempionu olmaqdır. Bəxtiyar  gələcəkdə dövlət qulluqçusu olmaq istəyir. Eyni zamanda qazandığı uğurlarla Azərbaycan adını daim yüksəltməyi özünə borc bilir.
Bəxtiyarın asudə vaxtı az olur, istirahət vaxtında film izləməyi xoşlayır. Gələcəklə bağlı planları coxdur, ən əsas planlarından biri odur ki, Azərbaycan Dövlət Bədən   Tərbiyəsi və İdman Akademiyasında təhsil alsın və ixtisasartırma üzrə təhsilini davam etdirsin.
 “Youtube” internet şəbəkəsində Bəxtiyarın Göyçay rayonundakı yarışın final döyüşünü əks etdirən videosu yerləşdirilib. “Olimpiya dünyası” qəzetinin 19-21 fevral 2013-cü il tarixli sayında “Peşəkar idmançılar yetirən idman ocağı” başlığı altında Bəxtiyar və müəllimi Ramil Həsənovun uğurları və nailiyyətləri haqqında məlumat verilib.

Arzuları, məqsədi böyük olan Bəxtiyara biz də  ugurlar arzu edir, dərslərində muvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий