elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 марта 2015 г.

Mehriban Mehman qızı Rzazadə

Qəhrəmanımız körpəlikdə tez dil açıb. Bir yaşında sərbəst olmasa da artıq danışa bilirdi. Hər kəsin sevimlisi idi. Çox sual verirdi. Hər cavaba da qane olmurdu. Uşağı dolğun məlumatlandırmaq üçün valideynləri səbrlə hər şeyi ona başa salırdı. Bir az böyüyəndən sonra valideynləri ona “Uşaq ensklopediyası” və "Məktəblinin izahlı lüğəti" kitabını alıb ki, suallarına cavab tapsın. Amma suallar yenə kəsilmirdi. Əksər uşaqlar kimi o da rəsm çəkməyi xoşlayırdı. Amma rəssam olmaq ağlına belə gəlmirdi.
Məktəbəqədər hazırlığa iki ay gedib. Amma onun bu həddə çatmağında anası Leyla xanımın böyük zəhməti indi də var. Öz prinsipallığı da daha böyük uğurlar əldə etməsinə stimul verir.
Mehriban rəssam olmaq fikrində deyildi. Birdən-birə modelyer olmaq fikrinə düşdü. Sonra məlum oldu ki, bunun üçün qabiliyyət imtahanı verməlidi. Ona görə qonşuluqda Rəssamlıq Akademiyasında oxuyan bir qızın yanına bəzi şeyləri öyrənmək üçün bir neçə ay getdi. Elə birinci gündən qız dedi ki, Mehriban istedadlıdır. Bu sözlər valideynlərini də həvəsləndirdi, Mehribanı da. Çəkdiyi rəsmlərə valideynləri belə inana bilmirdi.
Tura xanımla tanış olduqdan sonra, onun Mehriban haqqındakı fikirləri valideynlərinin fikrini tam dəqiqləşdirməyə imkan verdi. Valideynləri bunun üçün qonşuları Nərminə və öz bacarığı, istedadı və ağıllı fikirləri ilə Mehribanı düzgün istiqamətləndirən Tura Dünyamalıyevaya dərin təşəkkürlərini bildirir.
Mehriban Mehman qızı Rzazadə 28 dekabr 1998-ci ildə anadan olub.
İlk təhsilini Lənkəran şəhəri Vaqif Əliyev adına Humanitar Təmayüllü Məktəb-liseydə alıb. Hazırda Bakının Yasamal rayonundakı 286 saylı orta məktəbdə təhsil alır.
Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənlər rus dili və riyaziyyatdır.
"Ramazanı təsvir et", "Almaniya bir rəssamın gözündə", "21 Sentyabr Beynəlxalq Sülh günü", "Karikatura", "RedBull doodle art" və s. sərgilərdə iştirak edib. Diplom və sertifikatlarla təltif edilib.
Mehriban əldə etdiyi uğurlara görə müəllimləri və onu dəstəkləyib hər zaman yanında olan ailəsinə borcludu. Tura xanım kimi rəssamlığın hər bir sahəsində bacarıqlı olmaq istəyir.
Şəkil çəkməyi, paltarlara dizayn verməyi sevdiyi üçün modelyer və rəssam olmaq istəyir.
Asudə vaxtlarında şəkil çəkmək və mahnıya qulaq asmağı xoşlayır.
ADRA-na daxil olmaq, təhsilini başa vurduqdan sonra məhşur modelyerlərdən biri kimi sənətində uğurlu addımlar atmaq istəyir. Sənətində yüksəklərə qalxaraq tarixin yaddaşında qalmaq arzusundadır.

Sülh günü müsabiqəsində çəkdiyi "Dünyaya sülh" mövzusunda olan rəsmi Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış kataloqda dərc edilmişdir. 

Комментариев нет:

Отправить комментарий