elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 сентября 2015 г.

Məmmədova Zəhra Tofiq qızı

Məmmədova Zəhra Tofiq qızı 2002-ci il yanvar ayının 5-də Bakı şəhəri,Binəqədi rayonu Biləcəri  qəsəbəsində dünyaya göz açmışdır.Zəhranın valideyinlərinin sözlərinə görə o sakit,sözəbaxan bir uşaq olub.Onun ilk maraqlarından biri rəsm çəkmək olub.Hətta,3-4 yaşı olarkən onda valideyinləri bu sevgini  hiss etmişdirlər.Zəhra ilk təhsilini 5 nömrəli tam orta məktəbdə almışdır.Hal-hazırda da həmin məktəbdə təhsilini davam etdirir.O,məktəbə qədəm qoymazdan əvvəl saymaqı və hərfləri yazmaqı bilirdi.Bütün bunları ona valideyinləri öyrətmişdir.Məktəbdə oxuduqu müddətdə də dərslərini çox yaxşı oxuyur.Ən sevdiyi fənlər isə Biologiya,Fizika,Kimya və Coğrafiyadır.
Zəhranın çox gözəl əl qabiliyyəti var.Ona görə də Zəhra bir çox tədbirlərdə,şənliklərdə də iştirak etmişdir.O,Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətində iştirak etmişdir.21 sentyabr tarixində Beynəlxalq Sülh Günü münasibətilə Ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Sülh və Tolerantlıq nümunəsi Azərbaycan”mövzusunda uşaq rəsm müsabiqəsinin iştirakçısı olmuşdur.Zəhra ikinci sərgidə də iştirak etmişdir.Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm qalereyası,Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirak etmişdir.Üçüncü iştirakı isə Hollandiya Krallığının doğum günü münasibətilə təşkil olunan İncəsənət Müsabiqəsidir.Onun dördüncü sərgisi isə “Xocalı uşaqların gözü ilə” adlı sərgi olmuşdur.Bütün bu tədbirlərdə Zəhra gözəl rəsmlərin nümayiş etdirmişdir.Zəhra bütün bu tədbirlərdən sertfikat,diplom əldə etmişdir.O,2013-cü il 26 aprel tarixində Daşkənd şəhərində keçirilmiş”Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirakına görə diplomla təltif olunmuşdur.Onun “Yaddaşlarda yaşayan Xocalı”sərgi-aksiyada iştirakına görə isə sertfikatla bir daha təltif olunub.Zəhraya Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəal iştirakçısı olduquna görə tərifnamə ilə mükafatlandırılmışdır.Zəhra xalqını,millətini çox sevir.Ona görə də 20 yanvar,Xocalı kimi tədbirlərimizdə dəfələrlə iştirak edir. O,20Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunmuş “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə diplom əldə etmişdir.Bütün bunlarla kifayətlənməyərək Məmmədova Zəhraya Bakıda keçirilən Uşaq və Yeniyetmələrin II “Saf rənglər”Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında qazandığı yaradıcılıq uğurlarına görə diplomla təltif olunmuşdur.Onun bu diplom və sertfikatlardan başqa müxtəlif sayda nailiyyətləri də vardır.O,bütün bu nailiyyətlərinə görə özünü atasına,anasına və müəllimlərinə borclu bilir.Bu fəaliyyətindən dolayı tanınmış rəssamlara və müəllimlərə oxşamaq istəyir.Zəhranın gələcək planlarında oxuyub ali təhsil alıb,modelyer olmaq istəyi var.Rəsm çəkməyə böyük həvəsi və maraqı  olduqu üçün uşaqlıqdan bəri bu fikrə düşüb.O,incəsənətin rəsm sahəsi ilə məşqul olur.Çəkdiyi şəkillərdə hər bir mövzuya müraciət edir.Onun həyatında ən böyük arzusu modelyer dizayner olmaqdır.Bu sevgi onda o qədər yüksəkdir ki,asudə vaxtlarını belə maraqlı rəsmlər çəkməyə həsr edir.Zəhranın istedadın hətta Kütləvi İnformasiya Vasitələri də kəşf etmişdir.Zəhranı ilk dəfə 2012-ci il 1 iyun “Uşaqların müdafiə günün”ə həsr olunmuş mövzuda  Aztv 1 kanalına səhər proqramına dəvət etmişdirlər.Onu ikinci dəfə isə 2013-cü il 21 sentyabr tarixində “Sülh” haqqında mövzuya həsr olunmuş həmin səhər proqramına yenidən dəvət etmişdirlər.Zəhra öz əl qabiliyyətinin gözəl olmasını bu verlişdə bir daha təsdiqləmişdir.Onun üçün də 2015-ci il 27 fevral tarixində xalqımızın qan yaddaşı yeri olan “Xocalı faciəsinə” aid mövzuda bir daha Aztv 1 kanalında çıxış etmişdir.

Zəhra tarixin yaddaşında isə tanınmış rəssam və yaxud modelyer olması ilə qalmaq istəyir.

1 комментарий: