elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 сентября 2015 г.

Quliyeva Rəşidə

Quliyeva Rəşidə 1990-cı il aprel ayının 6-da Bakı şəhərində dünyaya göz açmışdır.O, uşaqlıqda çox mehriban, sakit uşaq olmuşdur.Orta məktəbə qədəm qoymazdan əvvəl oxuyub və yazmaqa qarşı sevgi oyanmışdır.Rəşidə orta məktəbdə oxuduqu müddətdə dərslərini çox gözəl oxuyarmış.O, onbir illik orta məktəb həyatını 144 saylı tam orta məktəbdə bitirb.Məktəbi əla qiymətlərlə başa vurmuşdur. Bütün bunların nəticəsində də, 2008-ci ildə İctimai Siyasi universitetin “Beynəlxalq İqtisadi münasibətlər”ixtisasına daxil olub.O,bununla kifayətlənməyərək ikinci ali təhsilini də davam etdirir.2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub.”Memarlıq və Dizayn” fakültəsində təhsil alır.Nəhayət ki,öz arzularına çataraq sevdiyi ixtisasa qəbul olub.Rəşidə orta məktəbdə dərslərini yaxşı oxuduqu kimi, ali məktəbdə də  bunu davam etdirərək,dərslərini çox yaxşı oxuyub.Onun bu ixtisası ilə baqlı maraq onda uşaqlıqdan bəri yaranmışdır.Uşaqlıqda müxtəlif şəkillər çəkmişdir.Onun rəsm çəkmək qabiliyyətinin olmasını artıq hər kəs başa düşmüşdür.Bu ixtisası seçməyinin səbəbi gözəl əl qabiliyyətinin olmasıdır.Rəşidənin çox gözəl rəsm çəkmək qabiliyyəti var.O,müxtəlif sayda şəkillər çəkib,portretlər yaradıb.Onun çəkdiyi şəkillərdə sanki hər bir şey canlı təsvir olunub.Rəşidə hətta asudə vaxtlarını da rəsm çəkməklə keçirir.Bir növ rəsm çəkməkdən zövq alır.Əl qabiliyyətinin gözəl olmasını nümayiş etdirmək üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirak etmişdir.Çəkdiyi rəsmlərdə müxtəlif mövzulara müraciət etmişdir.Rəşidənin maraq dairəsi çox geniş olduquna görə hər bir mövzu ona yaxındır.Onun həyatında ən uğurlu gün,baş vermiş hadisə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olduqu gündür.Rəşidə gənc yaşda oluduquna baxmayaraq, Rəssamlar İttifaqının da gənc üzvlərindən biridir.İnanırıq ki, o həyatda layiqli yerini tutacaq və məşhur rəssamlardan biri olacaq.Çünki, bu sənəti çox sevir.Həyatda yaşadıqı müddətdə xoşbəxtliyi isə sevdiyi işlə məşqul olmaqda görür.

Комментариев нет:

Отправить комментарий