elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 сентября 2015 г.

Tanrıverdiyev Qaməddin Rəfail oğlu

Qaməddin körpəlikdə ağıllı, sakit və təmizkar uşaq olub. Sakit xasiyyəti ilə hamını ozünə cəlb edirdi.  Xoşladığı məşğuliyyəti futbol, cüdo və ən əsası isə musiqi idi. 8 yaşından musiqiyə maraq göstərməyə başlayıb.
Tanrıverdiyev Qaməddin Rəfail oğlu 10 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Bakı şəhər Binəqədi rayonundakı 306 saylı orta məktəbdə təhsil alır.
Yeni il və Novruz şənliklərində ansambl və solo konsertlərdə iştirak edib. 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqədə diplomla təltif olunmuşamub. Həyatımın ən əlamətdar günü də məhz diplomla təltif olunduğu gündür.
Qazandığım uğurlara görə valideynlərimə və müəllimlərimə borclu olduğunu deyən Qaməddin gələcəkdə xalq artisti, tarzən Ramiz Quluyevə oxşamaq istəyir.
O ən yüksək zirvəyə - Azərbaycan incəsənətinə, mədəniyyətinə, musiqisinə töhfələr verə biləcək qədər yüksəlmək istəyir.
Tarzən kimi – tarı gələcək nəsillərə sevdirib, tar sənətinin sirlərini öyrətmək, təbliğini etmək üçün musiqişünas olmaq istəyir.
Asudə vaxtlarında Azərbaycan xalq mahnılarını, muğamlarını dinləyir və tar çalıram.
Gələcək planı musiqi məktəbini bitirib təhsilinmi Konservatoriyada davam etdirməkdir. İlk növbədə yorulmadan, usanmadan çalışmaq, musiqinin sirlərinə dərindən bələd olmaq, qazandığım bilik və təcrübəni daha da inkişaf etdirməklə gələcək nəsillərə çatdırmaq niyyətindədir.

Комментариев нет:

Отправить комментарий