elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 июля 2016 г.

Əsgərova Heyran Vüqar qızı



Latviyanın Azərbaycandakı səfiri ilə
Əsgərova Heyran Vüqar qızı 19 sentyabr 2002-ci il tarixində Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan təbiətə, heyvanlara və yeniliklər öyrənməyə marağı olmuş, elmə, təhsilə xüsusi diqqəti ilə yaşıdlarından fərqlənmişdir. Bu marağı özünü bağça vaxtlarından göstərmişdir. Heyran məktəbə başlamazdan əvvəl yazıb-oxumağı öyrənmiş, rəsmə və musiqiyə böyük həvəsi olmuşdur. Bütün bu bacarıqlara yiyələnməsində ona nənəsinin müəllimə kimi böyük dəstəyi olub.
Təhsil naziri Mikayıl Cabbarovla
İbtidai təhsilinə 2007-ci ildə Natiq Tağıyev adına 212 saylı tam orta məktəbdə başlayıb. Hazırda isə 291 saylı Ekoloji liseyin 10-cu sinfində oxuyur. Dərslərinə yaxşı çalışır. Heyrana görə “yaxşı fənn” anlayışı yoxdur. O bütün fənnləri yaxşı oxumağa çalışır. Lakin ən sevdiyi fənn fizikadır. Bundan başqa gənc istedadımız ictimai fəaliyyətdə də aktivliyi ilə seçilir. Heyran məktəbdə keçirilən tədbirlərdə, bayramlarda fəal iştirak edir. “Vətənimi və təbiəti  sevirəm”, Latviyaya həsr olunmuş mərasim, biologiya üzrə kiçik akademiyada çıxışı belə tədbirlərdəndir. 291 saylı Ekoloji lisey və Riqa məktəbinin əməkdaşlığı nəticəsində təşkil olunmuş Latviyaya həsr olunmuş tədbirin yüksək səviyyədə təşkili və gənc istedadlarımızın hazırladığı  səhnəcikləri yüksək qiymətləndirən Latviyanın səfiri Yuris Maklakovs şagirdləri noyabr ayında Latviyanın müstəqilliyinə həsr olunmuş tədbirə dəvət etmişdir.
"Sabahın alimləri" müsabiqəsində təltif olunur
Heyran üçün ən unudulmaz günlərdən, tədbirlərdən biri də “Sabahın alimləri” Respublika müsabiqəsi olmuşdur. Öz layihəsini təhsil nazirimiz Mikayıl Cabbarova təqdim edən Heyran Tibb və sağlamlıq nominasiyası  üzrə II yerə layiq görülmüşdür.
Heyran əldə etdiyi nailiyyətlərə görə anası Reyhan xanıma və bütün tədbirlərdə şəxsən iştirak edən, onlardan inamını, dəstəyini əsirgəməyən liseyin direktoru Sevinc xanıma təşəkkürünü bildirir. Gələcəkdə isə bir şəxsiyyət kimi babasına oxşamaq, onun kimi alim olmaq istəyir. 

Комментариев нет:

Отправить комментарий