elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

11 июля 2016 г.

Məhərrəm Mehman oğlu Nəsibov

Azərbaycanmızın isdedadlı yeniyetmələrindən biridə Məhərrəm Mehman oğlu Nəsibovdur. Məhərrəm 2007-ci il martın 26-da Sumqayıt şəhərində dünyaya göz açmıçdır. Körpəlikdə ağıllı, dərin düşüncəli uşaq olub. Hazırda da, belədir. Valideyinlərinin sözünü eşidir, nəsihətlərdən, tövsiyələrdən özünə nəticə çıxardır.
Məktəbə gedəndə artıq Məhərrəm yazıb-oxumağı bilirdi. Çünki anası onun məktəbə hazırlığı, təhsilə maraq göstərməsi ilə ciddi məşğul olurdu. Məhərrəm ilk dəfə 4 yaşında Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaaradıcılıq Mərkəzindəki məktəbəqədər hazırlıq dərnəyində təhsil almağa başlayıb.
Eyni zamanda Uşaq Şahmat Məktəbinə gedirdi. Valideyinləri Məhərrəmin təhsilinə çox diqqət yetirirdilər. Orta təhsilə Nizami Gəncəvi adına Texniki və Təbiət Elimləri Liseyində başlayıb qəhramanımız.
Məhərrəm: Dərslərimi əla oxuyuram, bütün dərslərimi sevirəm. Məktəbə heç zaman hazırlıqsız getmirəm. Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində keçirilən Heydər Əliyevin doğum gününə həsr olunmuş şeir müsabiqəsində işdirak etdmişəm. Onda mənim 4 yaşım var idi. Şahmatda, bir çox şəhərlərarası yarışlarda iştirak etmişəm. Mən də valdeyinlərim kimi tibb sahəsində çalışmaq, tanınmış cərrah olmaq istəyirəm.
Məhərrəm məktəbə qədəm qoyduğu ilk gündən fəallığı ilə seçilən şagirdlərdən olub. İlk dəfə bilik günü münasibətilə keçirilən açılış mərasimində iştirak edib.
Əldə etdiyi naliyyətlərə görə valideyinlərimə borclu olduğunu deyir 9 yaşlı Məhərrəm.
Asudə vaxtlarını ailəsi ilə gəzintiyə çıxmaq və kitab oxumaqla keçirməyi xoşlayır. Şəhər kitabxanasının üzvüdür. Daim kitabxanadan yeni kitablar götürüb mütaliə edir.
Gələcəkdə ali məktəbə daxil olmaq, xaricdə təhsil almaq arzusundadır. İstəyinə nail olmaq üçün əzmlə çalışır balaca qəhrəmanımız.

Sənə dərslərində uğurlar arzu edirik. Bundan sonra da nailiyyətlərin, uğurların bol olsun!

Комментариев нет:

Отправить комментарий