elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 января 2018 г.

Abışova Solmaz Murad qızı

Abışova Solmaz Murad qızı 26 dekabr 2006-ci ildə  İmişli şəhərində  anadan olmuşdur. Solmaz çox sakit uşaq olub, musiqini çox sevib, hər növ musiqiyə uyğun rəqs edirdi. 3 yaşında bir nəfəsə o qədər şeir deyirdiki hamı məətəl qalırdı. Bildiyi şeirlərin sayı hesabı yox idi. Məktəbə gedməmiş hərfləri tanıyırdı . Rəqs etməyi çox sevib, aktiv bir uşaq olub . Şəkil çəkməyi, nə isə kəsib düzəltməyi, aplikasiyanıçox sevirdi. Orta məktəbə Bakı şəhəri Xətai rayonu 55 saylı tam orta məktəbdə başlamışdır. Dərslərin yaxşı oxuyur. Müəlliməsinin sevimli şagirdidir. Ən sevdiyi fənn riyaziyyat fənnidir. Məktəbdə keçirilər hər bir tədbirdə iştirak edir. Şeir deyir, rəqs edir, mahnı oxuyur. Səhnəciklər qurur.İncəsənət muzeyində Novruz bayramına aid tədbirdə iştirak edib. Moda müsabiqəsində iştirak edib. Şeir müsabiqələrində, bilik yarışmalarında iştirak edib, bir necədiplomlara layiq görülüb.V sinifdə oxuyarkən məktəbdə keçirilən bilik yarışmasında diplomla təltif olunmuşdur.II sinifdə oxuyarkən ilin ən yaxşı şagirdi adına layiq görülmüşdür və s. bir çox  yarışlarda iştirak etmişdi.Əldə etdiyi uğurlara və onun üçün hər şəraitiyaratdıqları üçün valideynlərinə minnətdarlığını bildirir. Gəlcəkdə isə ali təhsil alaraq Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyir. Babası kimi cərrah olaraq, xəstə insanlara kömək olmaq istəyir. Böyüdükdə isə özünə məxsus klinika açmaq istəyirə Boş vaxtlarında isə rəqs etməyi və səhnəciklər qurmağı sevir. Bizdə öz növbəmizdə bu cür tərbiyəli, savadlı, dünyagörüşlü, vətənimizə, cəmiyyətimizə layiqli övlad  böyütdükləri üçün  Solmazın valideyinlərinə minnətdarlığımızı bildiririk. İstedadlı müsahibimizə uğurlar arzu edirik, yolun açıq olsun  deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий