elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 января 2018 г.

Şərifli Səkinəxanım Şamil qızı


Şərifli Səkinəxanım Şamil qızı 19.07.2008-ci ildə Bakı şəhərində anadan olub. Səkinəxanım körpəlikdə çox aktiv, əyləncəni sevən, hər zaman axtarışda olan uşaq olub. O, daha çox rəngli kitablara, jurnallara və cizgi filimlərinə maraq göstərib. Səkinəxanım həmişə televizorda, kitablarda gördüyü personajları  əsərlərində təsvir edib. Məktəbə gedənə qədər şəkillər əsasında hərfləri tanımağa başlayıb və az bir müddət ərzində tam sərbət şəkildə oxumağa başlayıb. İkinci sinifdə oxuyan zaman 1dəqiqə ərzində 124 söz oxuyub. Rəssamlığa həvəsi 3-4 yaşından başlayıb. Evin divarlarında rəsmlər çəkib. Atasının rəssamlığa olan həvəsi Səkinəxanımda da rəssamlığa maraq oyadıb. İlk rəsmlərini çəkərkən atası ona çox kömək edib. Şərifli Səkinəxanım Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbdə təhsil alır. Səkinəxanım sinif rəhbəri Mustafayeva Azadə müəllimdir. O, tez-tez Səkinəxanımın əl işlərini sinifdə nümayiş etdirir. Uşaqlarda rəsmə marağı daha da artırır. Dərslərini əla qiymətlərlə oxuyur. Bütün fənlərə çox məsuliyyətlə yanaşır. Səkinəxanımın ən sevimli fənləri başda riyaziyyat olmaqla, Azərbaycan dili, həyat bilgisi, İngilis dili, təsviri incəsənətdir. O, hal-hazırda İnci mədəniyyət evinin rəssamlıq kursunda rəssamlığın sirlərini öyrənir, bacarığını, istedadını daha da artırmağa çalışır. Səkinəxanım əldə etdiyi uğur və naliyyətlərə görə  ona rəsm çəkməyi öyrədən Aydan müəllimə və valideynlərinə borcludur. O, fəaliyyəti dolayı atasına və Aydan müəllimə oxşamaq istəyir. Gələcəkdə tanınmış rəssam olmaq arzusundadır. Səkinəxanımın ən böyük hədəfi Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır. O, rəsm əsərlərinin tanınmış sərgilərdə nümayiş olunmasını istəyir. Səkinəxanım peşəkar rəssam olduqdan sonra heykəltaraşlıqla məşğul olub, rəssam modelyer dizayner olmaq niyyətindədir. Artıq iki ildir ki, bu fikirə düşüb. O, asudə vaxtlarında rəsm çəkməyi, buz üstündə sürüşməyi, kitab oxumağı və xarici musiqilərə qulaq asmağı sevir. Səkinəxanım canlandırdığı rəsm əsərlərində daha çox mənzərələrə, təbiəti əks etdirən rəsmlərə üstünlük verir. Onun fikrincə peyzaj janrında çəkilən rəsmlər insana hüzur verir. Səkinəxanım ən çox boşqab və kətan üzərində işləməyi sevir. O, gələcəkdə biri-birindən möhtəşəm sənət əsərləri yaratmaq, tarixin yaddaşında tanınmış rəssam olaraq qalmaq istəyir. Səkinəxanım 2017-ci ilin fəvral ayının 19-da ARB günəş kanalında “Biz gələcəyik”verlişinin iştirakçısı olub. Çəkdiyi rəsmlər bu verliş vasitəsi ilə bütün Azərbaycana yayımlanıb.

Комментариев нет:

Отправить комментарий