elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 января 2018 г.

Məmmədov Rəvan Məmmədağa oğlu

Məmmədov Rəvan Məmmədağa oğlu 2008-ci il may ayının 26-sı Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. Kiçiklikdən etibarən Rəvan çox sakit, ağıllı, sözəbaxan, mehriban və səmimi bir uşaq olub. Uşaqlıqdan vaxtını ailəsi ilə birlikdə keçirməkdən xoşu gəlir.Ailədə daha çoxbabasına bağlı olan Rəvan onunlabirgə olmağı sevir. Birlikdə söhbətlər edir və kamera ilə çəkiliş aparırlar. Məktəbəqədər dövrdə dil qaydalarını və riyazi əməlləri bacarırdı. Bu işdə ona ailəsi və hazırlıq müəlliməsi kömək etmişdi. Müsahibimiz Qaradağ rayonunda yerləşən E. Rzayev adına127 saylı tam orta məktəbdə təhsil alır.İlk əvvəl Rəvan məktəbə getməkdən çəkinirdi, o dərslərin öhtəsindən gələ bilməyəcəyini düşünürdü. Lakin şagirdlərinə ana qayğısı, səbr vəmehribanlıqla yanaşan Yeganə müəllimə Rəvanın bu qorxusunu yox etmiş və ona hər zaman dəstək olmuşdur. Rəvanda hər zaman dərslərini yaxşı oxumuşdur. Hal-hazırda da sinfin əlaçı şagirdidir. Ən çox sevdiyi fənlər isə riyaziyyat və həyat bilgisi fənnidir. Kainat Tədris Mərkəzində keçirilən “Bilik yarışında” uğurlu çıxışına görə tərifnamə ilə təltif olunmuşdur. Eyni tədris ilində 127saylı məktəbdə müvəffəqiyyətinə və nümunəvi davranışına görə tərifnamə ilə təltif edilmişdir.İstedadlı müsahibimiz dərslərini yaxşı oxuyub bilik yarışmalarında iştirak etməklə yanaşı, idmanda da uğurlar qazanmışdır. Kempo idman növü ilə məşğul olur. İdmanı çox sevir. 28 may “Respublika günü” nə həsr olunmuş Kempo Full və Kempo Submişn Gi üzrə Respublika turnirində 6-7-8 yaşlılar arasında I yeri tutmuş və diplom qazanmışdır. Azərbaycan Kempo Federasiyası tərəfindən keçirilən yarışda II dəfə 9-10-11 yaslılar arasında III yeri qazanmış və sertifikat almışdır. III dəfə isə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Kempo Federasiyası Full versiyasında 9-11 yaş 25 kq çəki dərəcəsində I yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Rəvanahəyatında hər bir işinin rəvan getməsini arzu edirik. Gələcək yolun işıqlı və açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий