elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2018 г.

Mirzəzadə Miraqil Alim oğlu

Mirzəzadə Miraqil Alim oğlu 25.09.2010- cu ildə Bakı şəhərində anadan olub.  Miraqil körpəlikdən ağıllı, təmkinli və sakit uşaq olub. Onun ən sevimli məşğuliyyəti musiqidir. Çox kiçik yaşlarından başlayan bu həvəs onu peşəkar musiqi fəaliyyəti ilə məşğul olmağa qədər aparıb.  Yazmağı, oxumağı hesablamağı 5 yaşından bağça müəllimlərinin köməkliyi ilə öyrənib. O, 3 yasından etibarən evde atasının aləti ilə ifa etməyə başlayıb. Musiqiyə olan həvəsi atasından yaranıb.  Mirzəzadə Miraqil Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən  V.Əvəzov adına 300 saylı orta məktəbində təhsil alır. Hal-hazırda həmin məktəbin  1- c sinif şagirdidir. O, dərslərini yaxşı qiymətlərlə oxuyur. Miraqilin  ən sevdiyi fənn Azərbaycan dilidir. Məktəblərində  keçirilən bütün tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir. Miraqil  yaşadığı hər bir günü maraqlı hesab edir. O, Röyalə müəllimi tərəfindən tərifnamə ilə təltif olunub. Miraqil bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə  Anar və Röyalə müəllimlərinə  borclu olduğunu bildirir.    Miraqil gələcəkdə öz fəaliyyəti ilə seçilən musiqiçi olmaq istəyir. Bu sənəti ən yüksək səviyyədə xarici ölkələrdə təmsil edərək, bayrağımızı daim yüksəklərə ucaltmaq niyyətindədir. Tanınmış, dünyaca məşhur baraban ifaçısı olmaq onun uşaqlıqdan bu günə kimi qəlbində yaşatdığı arzusudur.  Asudə vaxtlarını sevimli barabanını ifa etməklə keçirir.  Miraqil ARB kanalında yayımlanan  maqazin verilişlərinin birində “Gələcəyin istedadlı baraban ifaçısı”  başlığı altında çıxışlar edib.

Комментариев нет:

Отправить комментарий