elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 октября 2018 г.

Hüseynova Miraytac Mirilkin qızı


 

https://www.youtube.com/watch?v=GpdEooKn5sQ

Hüseynova Miraytac Mirilkin qızı 4 dekabr 2003-cü il tarixində Sankt-Peterburq şəhərində ziyalı bir ailədə anadan olub. Miraytac  ağıllı, sözəbaxan, təmkinli və yüksək  intelektə malik bir uşaq olub. Miraytacı yaşıdlarından fərqləndirən başlıca cəhət gözəl zövqünün olmasıdır. Bu zövq və qabiliyyətini o,  kağız üzərində çəkdiyi biri-birindən ecazkar  rəsm əsərlərində təzahür edir. Rəssamlıq ruhu onda irsi xarakter  daşıyır. Onun babası rəssam olub və eyni zamanda anasının da gözəl rəsm çəkmək qabiliyyəti var. Miraytac heç kimin təsiri olmadan rəssamlığa başlayıb və bu onda çox uğurlu alınır.
Onun vokal imkanlarının olmasını nənəsi kəşf edib və bu istiqamətdə bütün əziyyət onun öhdəsinə düşüb. Ümumilikdə Miraytac incəsənətə meyilli uşaqdır. Hüseynova Miraytac Bakı şəhəri, Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyində təhsil alır. O, incəsənət sahəsində  uğurlar əldə etdiyi kimi elm sahəsində də  böyük nailiyyət qazanıb. Bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və nənəsinə borclu olduğunu bildirir. Miraytac belə hesab edir ki, daxilində incəsənətin fərqli bir rəngi var və bu rənglə o, öz dünyasını bəzəmək istəyir. Gələcəkdə memarlıq və dizayn sahəsi üzrə təhsil  almaq  arzusundadır. O, günü-gündən inkişaf   edən, gözəlləşən Azərbaycanımızda bir tanınmış memar  olaraq öz dəsti xəttini görmək istəyir. Asudə vaxtlarında musiqi dinləməyi və portret çəkməyi xoşlayır. Beləki o, şəhid Təbriz Musazadənin portretini mükəmməl bir şəkildə çəkdiyi üçün AZTV-nin “Səhər” verilişinə digər istedalı  məktəblilərlə birlikdə dəvət almışdır.

Комментариев нет:

Отправить комментарий