elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 октября 2018 г.

Xəyalə Anar qızı Ramazanova

Oktyabr ayının son günü, hər tərəfin xəzələ büründüyü bir vaxtda Ramazanovlar ailəsində sevincli bir gün yaşandı. Xəyalə Anar qızı Ramazanova 31 oktyabr 2010-cu ildə Bakı şəhərində dünyaya gözlərini açdı. Xəyalə körpəlikdən ağıllı, aktiv və mehriban uşaq olub. Konstruktor ilə oynamağı, rəqs etməyi və şeir söyləməyi çox sevirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrən­miş­di. Bunun üçün ona anası Günel xanım kömək olmuş­du. Xəyalədə kiçik yaşla­rın­dan gimnastikaya maraq göstərib. Bu marağını görən valideynləri onu bədii gimnastikaya yönləndirib. 2016-ci ildə Mübariz Nəcəfov adına 86 saylı tam orta məktəbə qəbul olmuşdur. Hazırda hə­min məktəbin III sinfində təhsil alır. Sinfin əlaçı şagird­lə­rindən biridir. Həmçinin müəllimlərinin də sevimlisidir. Ən sevdiyi fənlər riyaziyyat və ingilis dili fənləridir. Aktiv bir şagird olan Xəyalə məktəbdə keçirilən bayram  tədbirlərində iştirak etməyə çalışır. 
Əldə etdiyi uğurlara görə isə özünü valideynlərinə və müəllim­lə­rinə borclu bilir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. Gələcəkdə gimnastika üzrə ucala biləcəyi ən yüksək zirvəyə çatmaq istəyir. Respublika və dünya yarış­la­rından əlavə, olimpiadalarda çıxış etmək istəyir. Eyni zamanda gələcəkdə müəllim olmaq istəyir. Bu sənəti ona müəllimi sevdirib. 
Asudə vaxtlarını kitab oxuyaraq və rəsm çəkərək dəyərləndirir.  Dərslərini daha səylə oxumaq və ali məktəbə daxil olmaq istəyi gələcək planları arasındadır. Savadlı bir vətəndaş olaraq xalqına xidmət etmək istəyir. Balaca Xəyaləyə hər zaman ailəsinin və müəllimlərinin başını uca et deyirik. Uğur daim səni izləsin!

Комментариев нет:

Отправить комментарий