elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 октября 2018 г.

Məmmədova Fatimə Ağaverdi qızı


Məmmədova Fatimə Ağaverdi qızı – 18 noyabr 2007-ci ildə Bakı şəhərində doğulub. Fatimə körpəlikdə çox sakit, ağıllı, gülərüz, sözdinləyən hazırcavab və bacarıqlı uşaq idi. Belə xüsusiyyətlərinə görə də yaşıdlarından fərqlənməyi bacarırdı. Məktəbə gedənə qədər “Şəkər bala” kursunda Röya müəllimənin sayəsində oxumağı və yazmağı öyrənməyə başladı.
Məmmmədova Fatimə 158 saylı tam orta məktəbdə təhsil alır və həmən məktəbin fəal şagirdlərindən biridir. O, bütün fənləri çox sevir və əla qiymətlərlə oxuyur, sinifdə keçirilən açıq dərslərdə aktıv iştirak edir. Ümumiyyətlə məktəbdə təşkil olunmuş tədbir və bayram şənliklərində fəal iştirakına görə o, bir çox fəxri fərmanlar, tərifnamələr və diplomlarla təltif olunmuşdur. Fatimə əldə etdiyi uğur və nailiyyətlərə görə valideyinlərinə və müəllimlərinə borclu olduğunu bildirir.
O, hesab edir ki, yadda qala və ən maraqlı günü doğum günü və ilk dəfə məktəbə getdiyi gündür. Fatimənin uşaqlıqdan arzusu öz peşəsini könüldən sevən və bunu ləyaqətlə yerinə yetirən müəllimə olmaqdır. Əgər bədii yaradacılıq və ya incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı bu ssenaristlik sənəti olardı. O, musiqini və rəqs etməyi çox sevir. Bunlarla yanaşı asudə vaxtlarında kitab oxumaq onun ən maraqlı məşğuliyyətlərindən biridir . Ən böyük hədəfi isə məktəbi uğurla bitirib yüksək balla ali məktəbə qəbul olmaq və təhsilini xarici ölkələrin birində davam etdirməkdir. Bunun üçün də çox çalışıb istədiyi sənətə yiyələnmək ailəsinə və vətəninə layiqli şəxsiyyət olaraq yetişmək istəyir.

Комментариев нет:

Отправить комментарий