elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 ноября 2018 г.

Qocayeva Nəzrin İlkin qızı


Qocayeva Nəzrin İlkin qızı 27 noyabr 2003-cü ildə Bakı şəhərində anadan olub. Nəzrin körpəlikdə aktiv,  şən və ətraf mühitdə baş verən hadisələr ilə daim maraqlanan  uşaq olub. Onun kitaba, oxumağa olan marağı hələ erkən yaşarından başlayıb. Nəzrin məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. O, buna özünün həvəsi və valideynlərinin köməyi ilə nail olub. Onda 3-4 yaşlarından artıq hiss olunurdu ki, Nəzrin istedadlı uşaqdır. Qocayeva Nəzrin “Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi” nin 8-ci sinfində  təhsil alır. Dərs əlaçısıdır. Onun ən sevdiyi fənn biologiyadır.  Məktəblərində keçirilən bir çox tədbirlərdə fəal iştirak edib. Həyatında uğurlu günləri çox olub, ancaq hələlik ən uğurlu günü olimpiada mükafatçısı olduğu günü hesab edir. Bu günə qədər əldə etdiyi nailiyyətlərə görə ilk növbədə valideynlərinə, daha sonra müəllimlərinə borclu olduğunu bildirir.  Fəaliyyətindən dolayı  ən yüksək zirvəyə çatmağı hədəfləyib. Gələcəkdə həkim olmaq istəyir. Bu peşəyə maraq onda hələ kiçik yaşlarından yaranmışdır. Nəzrin asudə vaxtlarını  ailəsi ilə keçirməyə üstünlük verir.  O, rəsm çəkməyi çox sevir. Daha çox təbiət müvzusuna üstünlük verir. Onun gələcək planları ilk növbədə orta təhsilini müvəffəqiyyətlə başa vurmaqdır. Daha sonra ali məktəbə daxil olmaq, sevdiyi peşəyə yiyələnmək və özünə uğurlu kariyera qurmağı hədəf seçib.

Комментариев нет:

Отправить комментарий