elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 ноября 2018 г.

Tağıyev Hüseyn Anar oğlu

 
Tağıyev Hüseyn Anar oğlu 23.09.2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Hüseyn körpəlikdən ağıllı, təmkinli və sakit bir uşaq olub. O, yüksək zəkası, intelekti və qavrama qabiliyyəti ilə yaşıdlarından seçilib. Hər zaman gözəl əxlaqi nümayişi ilə ailəsinin başını uca edib. Onun ən sevimli məşğuliyyəti kitab oxumaqdır. Ailəsi ona otağının bir küncündə kiçik kitabxana yaradıb. Onun burada Azərbaycan dili ilə yanaşı rus, ingilis və fransız dillərində də olan kitabları mövcuddur. Hüseynin öz fantaziyaları ilə hazırladığı biri-birindən əsrarəngiz, maraqlı əl işləri var. Atası ilə şahmat oynamağı da sevir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. O, çox gözəl və səliqəli xəttə sahibdir. Yaşının az olmasına baxmayaraq bu qədər bilgiyə sahib olmasında anasının əvəzsiz  rolu var. Hüseynin istedadı ailəsi tərəfindən hələ 1-ci sinifdə oxuyandan müşahidə olunub. O, əl işlərini müəllimlərinə, dostlarına və yaxınlarına hədiyyə etməyi xoşlayır. Tağıyev Hüseyn ilk təhsilini 252 saylı tam orta məktəbdə alıb. Hal-hazırda isə Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsilini davam etdirir. Sinif əlaçısıdır. O, gimnaziyada aparılan manitorinqlərdə yaşıdları arasında dəfələrlə 1-cilik əldə edib. Bütün fənləri sevməsinə baxmayaraq riyaziyyat dərsinə daha çox üstünlük verir.  Hüseyn məktəblərində keçirilən bayram şənliklərində, tədbirlərdə və vikterina oyunlarında faəl iştirakı ilə seçilib. Onun bu günə qədər əldə etdiyi uğurları çoxdur. Beləki o, Evrika kursunda çəkdiyi rəsm əsərinə görə 2 dəfə diplom ilə təltif olunub. Eyni zamanda həmin kursun təşkil etdiyi bilik yarışmasında 1-ci yerə layiq görülüb. Alfa kursunda da öz bilik və bacarığı ilə seçilməyi bacarıb. Hüseyn 2016-cı ildə Dövlət müstəqilliyinin 25 illik yubileyi və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 4-cu siniflər arasında 2-ci yeri qazanmışdır.Onun nailiyyətləri bununla da bitmir. O, Park Plyusda İngilis dili üzrə sınaq imtahanında birincilik əldə edib. Zəfər kurslarında təşkil etdiyi  maksimum 500 bal olan bilik yarışmasında  490 bal toplayaraq  pul mükafatına layiq görülüb.  Hüseny əldə etdiyi uğurlara, nailiyyətlərə görə ailəsinə və müəllimlərinə  borclu olduğunu bildirib. Amma o, xüsusi olaraq da onun ən böyük dəstəkçisi olan mehriban, gözəl və fədakar anasına minnətdardır. Hüseyn arxa, dayağı olan atasınada sonsuz təşəkkürlərini bildirir. O, gələcəkdə dövlət qulluğunda çalışmaq niyyətindədir. 8-10 yaşları olandan bu qərara gəlib. Təbii ki, bu seçimin onda formalaşmasında ailəsinin fikir məsləhəti var. Asudə vaxtlarının az olması, onun sevimli məşğuliyyəti olan əl işləri ilə məşğul olmasına mane törədə bilmir. Boş zaman fürsəti tapan kimi atası ilə şahmat oynamağa üstünlük verir.  Hüseyn tanınmış şəxs olub, Vətəninə, millətinə xeyirli, savadlı kadr olaraq yetişib, bir şəxsiyyət olaraq formalaşmaq niyyətindədir.

Комментариев нет:

Отправить комментарий