elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 ноября 2018 г.

Babayeva Aysel Anar qızı


Babayeva Aysel Anar qızı 22 mart 2011-ci ildən Bakı şəhərində dünyaya göz açıb. Aysel uşaqlıqdan yaşıdlarından seçilməyi bacarıb. Fərqli cəhəti ondan ibarət idi ki, o, dostlarını ətrafına yığaraq maraqlı oyunlar fikirləşib tapırdı. Bundan əlavə, aplikasiyalar da düzəltməyi sevirdi. Hər bir yarpaqdan, çiçəkdən nəyəsə oxşarlıq axtarıb nə isə düzəltməyə çalışırdı. Onun çox güclü fantaziyaları var. Qısacası Aysel  kreativ bir uşaqdır. O, 4 yaşından English Education International Centre “ECİC” school hazırlıq kurslarına gedib. Beş yaşından artıq oxuyub, yazmağı bilirdi. Buna görə də Ayselin valideynləri ECİC kollektivinə xüsusəndə Gülnarə müəllimə minnatdardır. Onun rəsmə marağı dörd yaşından başlayıb. Hələ kiçik yaşlarından o,  şəkilləri rəngləməyi xoşlayardı. Lakin, onun rənglədiyi şəkillər qeyri adi çalarları ilə (rəngləri özü qatırdı), səligəsi ilə seçilirdi. Bu heç də dörd yaşlı uşağın çəkdiyi və ya  rənglərdiyi rəsmlərə bənzəmirdi. Bütün bunları müşahidə etdikdən sonra  Ayselin ailəsi Xəzər rayon Gənclər və İdman İdarəsində çalışan Elnarə müəllimə müraciət edib. Elnarə müəllim Ayselin rəsmə, incəsənətə marağını daha da artırıb. Qısa müddətdən sonra Aysel rəngli karandaşlardan əlavə, boyalarla da işləməyə başlayıb.
Aysel 2017-ci ildə Nərimanov rayonu 82 saylı orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda həmin məktəbin ikinci sinfində təhsil alır. Sinfin əlaçılarından biridir. O, bütün fənlərə eyni maraq göstərir, xüsusən İngilis dili və rəsm dərslərini sevir. Aysel beş yaşından gimnastika ilə məşğul olub və idman yarışlarında iştirak edib. 2016-ci ildə Xəzər rayon Gənçlər və İdman İdarəsində keçirilən “Uşaqların rəngarəng dünyası” adlı sərgidə iştirak edib. 2016-ci il 09 noyabr Bayraq gününə həsr olunmuş “Tolerant Multikultural Azərbaycanım” adlı sərgidə çıxış edib. Bütün bu nailiyyətlərə və uğurlara görə əziz müəllimləri Gülnarə xanıma, Təranə xanıma və Elnarə xanıma borcludur. Eyni zamanda Ayselin inkişafında valideyinlərin rolu az deyildir. Əlbəttə ki, onların qayğısı olmadan bu nailiyyətlər mümkünsüz olardı. Aysel gələcəkdə rəsm ilə professional səviyyədə məşğul olmaq arzusundadır. Ümumiyyətlə incəsənət sahəsinə meyli daha çoxdur. Aysel təbiyyəti, heyvanları çox sevir. Heyvanlara qarşı çox rəhimdildir, onları müalicə etmək, qayğısına qalmaq onun sevimli məşğuliyyətidir.
Asudə vaxtlarında şəkil çəkməyi, müxtəlif aplikasiyalar düzəltməyi çox xoşlayır.

2 комментария: