elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2019 г.

Babaşova Arzum Əlikram qızı

 
Babaşova Arzum Əlikram qızı 24 fevral 2008-ci ildə Bakı şəhərində anadan olub. O, ailənin tək övladıdır. Yüksək zəkasına,  şirinliyinə, güclü qavrama qabiliyyətinə görə  yaşıdlarından daim fərqlənib. Bu öncül xüsusiyyətlərə malik olması onu  ailəsinin, məktəb kollektivinin, müəllimlərinin və bir sözlə desək hər kəsin sevimlisinə çevirib. Arzum körpəlikdən ağıllı, sakit təbiətli, sözə baxan, anasını heç vaxt incitməyən bir uşaq olub.  Onun elmə, kitaba, dəftərə qarşı marağı  3 yaşından başlayıb.  Yaşının çox az olmasına baxmayaraq mağazada  hər gördüyü kitab, jurnal, rəngli kağız ona maraqlı gələrmiş və onlara toxunmağa can atarmış. Arzum 4 yaşınadan etibarən hərfləri, rəqəmləri yazmağı, oxumağı və hesabat işlərini sərbəst şəkildə aparmağı anasının köməkliyi ilə öyrənib. O, ibtidai sinfə daxil olan zaman artıq 1-ci sinif proqramından tam olaraq məlumatlı idi. Musiqiyə, rəsmə  böyük marağı var. Körpəlikdən eşitdiyi şeir parçalarına və musiqi alətlərinə, xüsusi olaraqda pianoya, skripkaya qarşı reaksiyası böyük idi. Babaşova Arzum  Bakı şəhəri Nərimanov rayonu 45 saylı tam orta məktəbdə təhsil alır. Eləcə  də Rastrapoviçlər adına 21  nömrəli musiqi məkbində skiripka piano dərsi alır.əllimi Səidə xanımı çox sevir. ktəbdə keçirilən konsertlərdə çıxış edir, hətta “Ümid müsabiqəsində skiripkada ifa edərək I yeri tutub, medal və  diploma layiq görülüb.  O məktəb  əlaçısıdır. Arzum məktəbinin adını bilik və bacarıqları ilə yüksəldən, hər kəsin sevgisini, hörmətini qazanmağı bacaran bir şagirddir.
Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur və hər birini eyni qaydada sevir. Məktəblərində keçirilən Yeni il, Novruz bayramı şənliklerinde,  Müəllimlər gününə həsr olunmuş tədbirdə aktiv çıxışlar edib. 20 Yanvar, Xocalı faciəsi, Heydər Əliyevin anım günü, məktəbin yeni direktoru Nəcibə Axundovanın həyat yoldaşı, Lələtəpə döyüşlərində şəhid olmuş polkovnik - leytenant Sənan Axundovun xatirəsinə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var tədbirlərində fəal iştirak edib. O, burada aparıcı olub, şeir  söyləyib, mahnı oxuyub, reks  edib, skripkada ifa edib. Arzum məktəbdə qazandığı uğurlar ilə yanaşı  məktəbxarici tədbirlərdə də aktivlik göstərib. Belə ki, İcra hakimiyyətində təşkil olunmuş müsabiqədə, Şeir müsabiqəsində, Rəsq müsabiqəsində, İnşa müsabiqəsində, Xalq Cumhuriyyətinə həsr olunmuş tədbirdə, Türkiyə səfirliyində, Atatürk mərkəzində, Azərbaycan tarıxı haqqına çəkilmiş kino filmdə də baş rolda oynayıb və bir neçə reklamda çəkilib. O, Xəzər TV yayımlanan ən baxımlı verilişlərdən biri olan 5/5-də çıxış edib və şeir söyləyib. ATV kanalında nümayiş olunan "25-ci saat" proqramına da müsahibə verib. 
Arzumun istedadını yazılı mətbuat bir çox jurnalları və kitabları da işıqlandırıb. Bunlardan İdeal Vətəndaş jurnalı və "Ölkəmizin yeni istedadları" adlı kitabda məqaləsi dərc olunub. Onun həyatında uğurlu və yadda qalan günləri diplomlar, fəxri fərmanlar aldığı zamandır. Arzum Nərimanov rayonu məktəblərarası şeir müsabiqəsində C.Cabbarlının Bayraq şeirini böyük məharətlə söylədiyinə görə 1-ci yerə layiq görülüb və diplom ve medalla təltif olunub. Zəfər kurslarının təşkil etdiyi bilik yarışmasında, İnşa müsabiqəsində, məktəblərində keçirilən olimpiyadalarda daim yer tutaraq, diplom və fəxri fərmanlara layiq görülüb. Arzum bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə borclu olduğunu bildirir. Gələcəkdə fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. O, mərd, qayğıkeş, aktiv bir anaya sahib olduğu üçün özünü xoşbəxt hiss edir.
Arzum hər bir uğurunun arxasında onda dəstək olan, təhsil aldığı məktəbin keçmiş direktoru Nazilə müəllimə və ona bu günkü uğurlarında bütün mənalarda yardımçı olan məktəbin yeni direktoru Nəcibə xanıma sonsuza qədər minnətdardır. Həm keçmiş, həm də indiki direktorun böyük sevgisi və qayğısının göstəricisi olaraq Arzum daha da ruhlanır və yeni uğurlara imza atmağa can atır.
Asudə vaxtlarında kitab oxumağı, skripka ifa etməyi xoşlayır. O, hakim olmaq istəyir. Bu fikrə televizorda hakimlərin çıxışlarını gördükdən sonra qərar verib. Arzumun gələcək planları yüksək balla ali məktəbə qəbul olmaq, işini yüksək səviyyədə,  vicdanla yerinə yetirən hakim olmaq və sevimli  hobbi olan  musiqi ilə  də məşğul olmaqdır. Çox kövrək və rəhimli qəlbə sahib olan Arzum kimsəsizlərə,  imkansız insanlara yardım etmək, onlara dəstək olmaq arzusundadır. Vətəninin işğal olunmuş torpaqlarını azad görmək onun ən böyük arzusundur. Əmisi oğlu hərbici olduğu üçün Vətənə sevgi, torpağa qayğı hisləri ondan aşılanıb. Arzum Vətəninə, cəmiyyətinə xeyirli bir şəxsiyyət olaraq yetişməyi özünə başlıca məqsəd seçib.


Комментариев нет:

Отправить комментарий