elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 января 2019 г.

İbrahimli İbrahim Daşqın oğlu

Sərin bir payız günündə İbrahimovlar ailəsində sevincli bir gün yaşandı. Ailənin ilk övladı İbrahimli İbrahim Daşqın oğlu 27 sentyabr 2011- ci ildə Bakı şəhərində dünyaya göz açdı. İbrahimin dünyaya gəlişi bütün ailə üzvlərini sevincə qərq etmişdi. Gülərüz və mehriban siması ilə hamının ürəyində yer tapmağı bacarırdı.  İbrahim hər zaman öz tərbiyəsi ilə ətarfındakıların diqqətini çəkirdi. Kitab və dəftərlər hər zaman onun sevimli əşyaları olub. Öz yaşıdlarından fərqli olaraq valideynlərindən oyuncaq əvəzinə kitab-dəftər istəyərdi. Kitabları görəndə oyuncaq görmüş kimi sevinər, öpüb qucaqlayardı. Əlbəttə genitikanında burada rolu böyükdür. Çünki İbrahimin valideynlərinin hər ikisi riyaziyyatçıdır. Atası şagirdlərlə məşğul olan zaman onlara həsrətlə baxar, onlarla birgə olamağa can atardı. Nəhayət məktəb yaşına çatdıqda çox sevinirdi. Çünki artıq böyümüşdü və atası ilə birgə məşğələlərdə iştirak edə bilirdi. Təhsilə isə R. Abidov adına 85 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məktəbin  2 Ç sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur, əlbəttəki sinifin əlaçı şagirindən biridir. İbrahimin bütün fənlərə qarşı marağı böyükdür. Təbiət elmlərinə və riyaziyyata isə daha çox maraq göstərir.Texniki fənlərin teslərini humanitar fənlərdən iki qat daha çox etməyə həvəs göstərir. Məktəbdə keçirilən bayram və tədbirlərdə hər zaman iştirak etməyə çalışır. “Yeni İl” şənliyi, “Novruz” bayramı, “20 Yanvar”, “Xocalı” faciəsinə  və s. həsr olunmuş tədbirlərdə iştirak etmişdir.  I sinifin yekununda müəllimi yekun test imtahanı keçirmiş və orada I olmuşdur. Zəfər kurlarının keçirdiyi bilik yarışında dəfələrlə iştirak etmiş 400 bal toplamış və diplomla təltif olunmuşdur. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara öz minnətdarlığını bildirir. Gələcəkdə də valideynləri kimi riyaziyyatçı olub, ata və anasının yolunu davam etdirmək istəyir. O artıq uşaqlıqdan bu fikrə düşüb. Ən sevdiyi məşğuliyyət şahmat oynamaqdır. Riyazi zəkası olan birinin şahmata olan marağı əlbəttə təbii hadisədir. Gələcək hədəfi isə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə olaraq ata-anasını sevindirmək istəyir. Biz də istedadlı müsahibimiz İbrahimə yolun daim işıqlı və aydın olsun deyirik. Hər zaman ata-anın fəxri ol. Səsin hər zaman zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий