Musazadə Yusif Seymur
oğlu 15 iyul 2011-ci ildə Bakı şəhərində anadan
olub. Yusif körpəlikdə
sakit, mülayim, ağıllı bir
uşaq olub. Öz yaşıdlarından çox fərqlənirdi.
Yusif tez dil açıb, tez də öz fikirlərini sərbəst çatdıra bilirdi. Yusifin maraqları çox şahəlidir. O, boş vaxtlarında rəsm çəkməyi, idmanla məşqul
olmağı, xoşladığı, maraqlandığı sahələr
üzrə internetdən məlumat toplamağı məsələn:
heyvanlar aləmi, dünyanın müxtəlif ölkələrinin
coğrafi qurluşları, bayraqları, pul
vahidləri haqqında maraqlanmağı xoşlayır.Yusif 4 yaşında olarkən
artıq üzündən oxumağı və sadə hesablamalar aparmağı bacarırdı.Özündən 2 yaş böyük bacısı məktəbə hazırlıq kursuna
gedərkən ona baxıb Yusifdə yazmağa- oxumağa həvəs
yaranmışdır. Bacısı 5 yaşında
olarkən “Mental arfimetik” kursuna getmişdir. Yusifdə bacısı ilə birlikdə hesablamağı öyrənmişdir.Musazadə Yusif
Qaradağ rayon Lökbatan qəsəbəsində
yerləşən 166 saylı məktəb liseyində alıb. Hazırda
həmin məktəbin 2-ci
sinifində oxuyur.Dərslərini əla
qiymətlərlə oxuyur. Sinif əlaçısıdır . Onun ən sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, informatika
və həyat bilgisidir.
O, məktəblərində keçirilən
bayramlarda və şənliklərdə fəal iştirak
edir. Məktəbdən kənar keçirilən
bilik yarışlarına qatılır. Onun ən sevdiyi
rolu isə keçən il oynadığı,
“Şaxta-baba –obrazı olub
Yusif bu rolumun öhdəsindən
bacarıqla gəlmişdir. “Bayraq” günü münasibəti
ilə məktəbimizdə təşkil
olunmuş tədbirdə Bəxtiyar
Vahabzadənin “Bayraq”- şeirini
söyləyib və məktəb rəhbərliyi
tərəfindən sertifikatla təltif olunub.
“Yeni şəfəq”-kurslarının keçirtdiyi
bilik yarışlarından mütamadi
olaraq iştirak edir və
yarışlarda yaxşı nəticələr göstərdiyinə görə
diplom və həvəsləndirici hədiyyələr qazanıb. Ən yüksək
nəticəsi 740 bal toplayaraq II
siniflər arasında I yeri
qazanmağıdır.
Əldə etdiyim nəaliyyətlərə görə
ilk öncə atasına və anasına sonra
isə ilk və sevimli
müəllimi olan Fazilə
Cabbarovaya borcludur. O, da valideynləri kimi ali təhsilli, savadlı olmaq istəyir.
Gələcəkdəki planlaşdırdığı
zirvəyə yüksəlməkdən ötrü
o, dərslərini yaxşı oxumağı, ən azı 2
xarici dil öyrənməyi,
riyaziyyat, informatika fənlərini
dərslərdən öyrənməyi
planlaşdırır.
O, gələcəkdə “komputer mühəndisi”
olmaq istəyir. Yusifin komputerə
olan sevgisi və marağı onun bu peşə sahibi
olmaq istəyini artırıb.
Asudə vaxtını şəkil çəkməklə, komputerdə
müxtəlif oyunlar oynamaqla,
müxtəlif ölkələr haqqında məlumat toplamaqla
heyvanlar- bitkilər haqqında maraqlı
məlumatlar öyrənməklə keçirir.
Gələcək planları
çoxdur.O, məktəbi əla qiymətlərlə bitirib ən yüksək balla ali məktəbə
daxil olmaq, ali təhsilə yiyələndikdən sonra Vətəninə
olan borcumu yerinə yetirmək
üçün hərbi xidmətə getməkdir.
Xidmət borcunu yerinə yetirdikdən
sonraysa öz işi ilə, Vətəninə xeyir
verməkdir. Öz savadı ilə,
biliyi ilə dünyanın müxtəlif
ölkələrində keçirilən müsabiqələrdə, yarışlarda
1-ci yeri qazanıb bayrağımızı
yüksəklərə qaldırmaq istəyir.
Yusif tarixin
yaddaşında savadlı, öz əməlləri ilə
başqalarına nümunə olan insan kimi
qalmaq istəyir. Özünün
ixtira etdiyi komputer proqramları ilə başqalarından
fərqlənmək niyyətindədir. Gələcəkdə
insanların işini asanlaşdıran elektrik
əşyaları, robotlar ixtira etmək onun ən
böyük arzusudur. Bunlara baxmayaraq
Yusifin ən böyük arzularından biri və birincisi Qarabağımızı
yaralı yurdumuzu azad görməkdir. O, inanır ki,
“Qarabağımız”- düşməndən
azad olunacaq. Yox əgər
Yusif böyüyərə qədər
“Qarabağımız” azad olmasa o, əlinə
silah alıb ön cəbhədə döyüşəcək. Son damla qanını belə Qarabağımız yolunda
axıtmağa hazırdır.
Комментариев нет:
Отправить комментарий