elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 мая 2019 г.

Daşdəmirova Mədinə Tahir qızı

Daşdəmirova Mədinə Tahir qızı 2007-ci il avqustun 9-da Bakı şəhərində dünyaya gəlib. Körpəlikdə həm böyüklər, həm də yaşıdları tərəfindən çox sevilən uşaq olub. Sakit təbiətli olmasına baxmayaraq, prinsipiallığı və ağlı ilə həmişə yaşıd la rından fərqlənib. Mədinənin lap uşaqlıqdan öz dünyası olub ki, bu dünya da onu rəsm çəkməyə gətirib çıxa­rıb. Artıq 3 yaşından öz balaca dünyasını rənglərin dili ilə ağ kağıza köçürməyə baş­layan Mədinə ətraf­da­kıların diqqətini çəkməyə başlasa da, valideynləri buna təəccüb etməyib. Çünki bu Mədinyə irsən keçən bir istedad idi. 
Məktəbə gedənə qədər Mədinə həm rəsm çəkir, həm də şəkilli nağıl kitablarına çox maraq göstərirdi. Yavaş-yavaş hərflərlə tanış olmağa baş­la­yan Mədinə oxumağa çalışırdı. 
Mədinə təhsilə gedən ilk addımlarını Bakı şəhər 200 №-li Məktəb Lisey Kompleksində atıb. Qəhrəmanımız hazırda həmin məktəbin VI sinfində təhsil alır. Dərslərini əla və yaxşı qiymətlərlə oxuyur. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir, tərifnamə və diplomlarla təltif olunur. Sinif divar qəzetinin baş redaktorudur.
İbtidai sinif müəllimi Sevil Bağırova da Mədinə barədə yüksək fikirdədir. Eyni zamanda bu günkü sinif rəhbəri Nurlanə Xəlilova da onun barədə təqdirəlayiq fikirlər söylədi. 
Mədinə uğurlarından dolayı özünü anasına borclu hesab edir. Əvvəllər bir çox uşaqlar kimi həkim olmaq istəyən Mədinə bu gün əminliklə söylədi ki, memar olmaq istəyir.
Onu da qeyd edək ki, Mədinə təhsillə paralel “Ağ at” şahmat klubunda Ülkər Umudovanın rəhbərliyi altında şahmatla da məşğul olur. Mədinə şahmat üzrə bir çox ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edib, qaliblərdən olub.
2014-cü ildə Gənclər və İdman Nazirliyinin Dövlət Bayrağı Günü ilə əlaqədar keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
2015-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Respublika Şahmat Mərkəzinin və “Ağ At” Şahmat Klubunun birgə keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
2016-cl ildə Gənclər və İdman Nazirliyinin Milli Dirçəliş Günü ilə əlaqədar keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
İndi isə Mədinənin iştirak etdiyi beynəlxalq turnirlər barədə sizləri məlumatlan­dıraq. 2014-cü ildə Fransada keçirilən Diepp Chess Open turnirində yaşıdları arasında I yer tutub. 2016-ci ildə İspansiyada keçirilən Babera Chess Open beynəlxalq turni­rində və 2018-ci ildə Gür­cüs­tanın Batumi şəhərin­də ke­çi­rilən İnternational Open Chess beynəlxalq turnirində iştirak edib. Hazırda Mədinə av­qust ayında Belarusiyanın Minsk şəhə­rində keçiriləcək uşaqlar arasında dünya çempiona­tına hazırlaşır. 
Demək olar ki, vaxtının çox hissəsi dərslərini hazırlamağa gedir. Son zamanlar Mədinə boş vaxtlarında internetlə məşhur şahmatçıların oyunları barədə məlumatlar toplayır. Bundan əlavə o, dəb haqqında məlumatları da maraqla izləyir. 
Mədinə düşünür ki, onun indilik borcu sadəcə dərslərini yaxşı oxumaqdır. O, bilir ki, qiymətlərinin əla olması onu arzularına çatdıra bilər. Tarixdə qalmağın hər bir insana nəsib olmadığını dərk edən Mədinə öz dövrünün insanlarının xatirələrində savadlı bir memar kimi qalmaq istəyir. 
Ugur olsun, Mədinə!

Комментариев нет:

Отправить комментарий