elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

11 мая 2019 г.

Seyidli Aysu Turan qızı


 



Seyidli Aysu Turan qızı 11 may 2010-cu ildə Şərur rayonu Ərəbyengicə kəndində dünyaya göz açıb. Aysu körpəlikdən ağıllı, inadkar, qarşısına qoyduğu hədəfə çatan, ətrafda baş verən hadisələrə cəld reaksiya verən, gördüyü hər bir şey haqqında sorğu-sualı bitib-tükənməyən bir uşaq olub. O, ailənin ilk övladı və ilk nəvəsidir. O, zamanını səmərəli keçirməyi sevir. Belə ki, vaxtı ilə rəsm, rəqs və gimnastika ilə məşğul olub.
Məktəbə gedənə qədər yazıb-oxumağı Kaspi məktəbəqədər hazırlıq kursunda müəllimlərinin köməyilə öyrənib. Bununla yanaşı ingilis dilindən də dərs götürüb. Tez bir zamanda 400 kəlməni asanlıqla öyrənib. 9 ay Menar arifmetik hazırlıq kurslarına gedib.
Aysunun kitaba, mütaliəyə, təhsilə böyük həvəsi var. Daim zirvələrdə olmaq, liderlik etmək istəyindədir. Aysu Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təhsil alır. Hazırda III sinif şagirdidir. Sinif əlaçısıdır. Bütün fənlərə daim hazırlıqlı olub, yüksək nəticələr əldə edir. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və həyat bilgisidir. Bütün tədbir və bayram şənliklərində aktivlik göstərir. Dəfələrlə bilik yarışlarında yüksək bal toplayaraq diplomla təltif olunub. Məktəblərinə qonaq qismində dəvət almış Reyhan Yusifqızı və Gülzar İbrahimova ilə görüşdə fəal iştirak edərək yazdıqları əsərlərin ideyasının haradan qaynaqlandığı barədə onu maraqlandıran suallara cavab istəyib. Biliyi, hazırcavablığı, intellektual səviyəsi ilə Reyhan xanımın diqqətini cəlb etməyi bacarıb. Yazıçı Aysudan o qədər təsirlənib ki, tədbirin sonunda növbəti kitabını ona həsr edəcəyini bildirib. Mütaliəni çox sevən Aysu yaşının az olmasına baxmayaraq dünya və yerli ədəbiyyatdan çoxlu əsərlər oxuyur. Bunlardan: Dostum Mimi, Yaşıl gözlü qız, Koroğlu dastanı, Kozetta, Qaraca qız, Qorxulu nağıllar kitabı, Nurəddin, Zeynəb və Abbas, Əhməd və Məleykə və s.
Aysunun özünün də yazıları var. Belə ki, bunlar “Göy qurşağı”, “Şar” və “Günelin hekayəsi” hekayələrini yazıb. Onun unudulmaz günləri çox olub. Qardaşının dünayay gəlməsi və ilk dəfə öz adını çəkməsi Aysu üçün ən xoş, sevincli gün idi. Eyni zamanda doğum gününü qeyd etməyi də xoşlayır. Yaz fəslində doğulduğu üçün bu fəsli bütün fəsillərdən daha çox sevir. Çoxşaxəli istedada sahib olan Aysu bir çox bilik yarışlarında qalib gələrək, yer tutub və diplomla təltif olunub. “Sərhədsiz riyaziyyat” yarışmalarında dəfələrlə qalib olub. Şahmatda göstərdiyi uğurlu çıxışların nəticəsi olaraq medal qazanıb.
Aysu bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri Qənirə müəllimə borclu olduğunu bildirir. Aysu Qənirə xanım kimi savadlı, mehriban, qayğıkeş, şagirdlərinə fərdi yanaşan və onları doğru yola istiqamətləndirən bir müəllimin sinifində təhsil aldığı üçün özünü çox şanslı hesab edir.
O, gələcəkdə yüksək ixtisaslaşmış, peşəsini şərəf və vicdanla icra edən tibb işçisi olmaq arzusundadır. Bu fikrə qardaşı anadan olduqdan sonra gəlib. Kiçik qəlbi mərhəmət hisləri ilə dolub-daşan Aysu çarəsiz xəstəlikdən əziyyət çəkən xəstələrə şəfa vermək və onları yenidən həyata qaytarmaq istəyir. İncə, xeyirxah ruha sahib olan Aysu insanlarla yanaşı heyvanlara da qayğı göstərməyi xoşlayır. O, sahibsiz, xəstə, ac-susuz heyvanları da sevgisindən məhrum etmir.
Vətənini sonsuz məhəbbətlə səvən Aysu Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət edib onun valideynləri ilə söhbət etmək arzusundadır.
Asudə vaxtlarında kitab oxumağı, qeyd dəftərinə köçürdüyü qaydaları təkrar etməyi və qardaşı ilə oynamağı xoşlayır.
O, carəsi olmayan xəstəliklərin müalicə yolunu taparaq öz adını tarixin yaddaşına həkk etmək istəyir. Yaşının az olmasına baxmayaraq insanları dünyagörüşü, səlist nitqi, mədəniyyəti, tərbiyəsi, savadı ilə valeh etməyi bacaran Aysunun valideynlərinə bu cür cəmiyyətimizə faydalı vətəndaş yetişdikləri üçün təşəkkür edirik. Doğum günü münasibəti ilə ürəkdən təbrik edir, uğurlarının davamını diləyirik.

Комментариев нет:

Отправить комментарий