elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 мая 2019 г.

Hacıyeva Şəfa Şəfahət qızı


Hacıyeva Şəfa Şəfahət qızı 02.10.2010-cu ildə Kürdəmir şəhərində dünyaya göz açıb. Şəfa körpəlikdə çox aktiv və ətraf mühitdə baş verən hadisələrə qarşı reaksiyalı bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri gəlincikləri ilə oynamaq və televizorda cizgi filimlərinə baxaq idi. Məktəbə gedənə qədər yazıb-oxumağı evdə valideynləri tərəfindən öyrənib. O, tez bir zamanda kiçik riyazi misalları həll etməyi, hərfləri, rəqəmləri yazmağı və üzdən sərbəst şəkildə oxumağı bacarıb. Hacıyeva Şəfa Suraxanı rayonu Hövsan kəndində yerləşən Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin ən qabaqcıl olan sinfində əlaçı olaraq oxuyur. Sinif rəhbərləri olan Şəlalə Novruzova şagirdlərinin istər məktəbdaxili, istərsə də məktəbxarici yarışlarda, tədbirlərdə, layihələrə qoşulmalarında, aktiv olub daim inkişaf etmələrində müstəsna xidmətlər göstərir. Müasir texnologiyalara dayalı dərs metodları ilə tədris görən şagirdlər bunun göstəricisi olaraq bir çox uğurlara Şəlalə müəllimin əvəzsiz köməyi ilə imza atıblar. Sinif  əlaçısı olan Şəfanın ən sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. Məktəblərində keçirilən bütün bayram şənliklərində və tədbirlərdə aktivlik göstərir. Belə ki, burada o, şeir söyləyib və öz rolunun öhtəsində uğurla gələrək tədbir iştirakçılarının diqqətini öz üzərinə çəkməyi bacarıb. Məktəbə ilk qədəm qoyduğu gün onun həyatında ən yadda qalan gündür. İbtidai təhsilinin ilk pilləsini müvəffəqiyyət ilə bitirdiyi üçün sertifikatla təltif olunub. Daha sonra isə bilik və bacarığında fəallığı səbəbi ilə fəxri fərmanlar, diplomlar qazanıb. Şəfa bu günə qədər əldə etdiyi uğurlara görə özünü sinif rəhbəri olan Şəlalə Novruzovaya borclu bilir. Şəlalə müəllimdən gördüyü, diqqət, sevgi, qayğının nəticəsi olaraq o da sinif rəhbərinə oxşamaq istəyir. Onun kimi  yenilikçi, savadlı və işinin peşəkarı olmaq niyyətindədir. Şəfa gələcəkdə polis əməkdaşı olmağı hədəfləyib. O, bu fikrə baxdığı filmlərdən sonra qərar verib. Asudə vaxtlarında şəkil çəkməyi və televizora baxmağı xoşlayır. O, əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı bu aktrisalıq olardı. Şəfa bilik və bacarıqlarını daha da təkminləşdirərək Vətəninə faydalı şəxsiyyət olaraq formalaşmaq istəyir.

Комментариев нет:

Отправить комментарий