elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 февраля 2014 г.

SƏYAHƏT ETMƏYİ SEVİR (Bədəlova Ləman Anar qızı)

 
Ləman Anar qızı Bədəlova 2004-cü il mayın 14-də Bakı şəhə­rində anadan olub. Ailənin ilk nəvəsi olan qızcığaz anadan olduğu gündən evlərinə sevinc gətirib, valıdeynləri onunla nəfəs salıb. Uşaqlıqdan çox sakit və ra­hat uşaq olub. Gəlincik­lərlə oynamağı çox sevib. 
Ləman adını sevdiyinə görə Cəfər babası məhz bu adı qız nəvəsinə qoyub. Lə­man adının mənası qaran­lıqda işıq deməkdir. 
Ləman gələcəkdə atası kimi bizneslə məşğul olmaq və ya bank sistemında işlə­mək niyyətindədir. Atası biz­nesmendır və əmindir ki, bu sahənin incəliklərini ona dərindən öyrədəcək. Evlə­rində olan iqtisadiyyatla bağ­lı çoxsaylı kitab və mə­qalələri hazırda oxumağa çətinlik çəksə də, gələcəkdə onların hər birini oxuyub başa çatdırmaq niyyətindədir. Atası onu bank sistemində görmək istəyir. Gələcəkdə vətəninə və xalqına xeyir verən bir insan olmağını arzulayır. Ləmanın anasi isə tibb isçisi, həkimdir və arzulayır ki Ləman fikrini dəyişib gələcəkdə həkim olacaq.
Ləman balamız müxtəlif diplomlarla və fəxri fərmanlarla təltif olunub. Həyatında ən maraqlı gün I sinfə getdiyi gündür. Ləman xoşbəxtliyi ilk növbədə ağıllı və savadlı olmaqla görür. Ali məktəbə daxil olmaq ən böyük arzusudur. Ali təhsilini xaricdə almaq arzu­sundadır. 
Ləman balamız xarıci ölkələrinə səyahət etməyi çox xoşlayır. De­mək olar ki Avropanın ən gözəl və maraqlı ölkələrində olub. İspaniya, Çexiya, Almaniya, Avstriya, Fransa və Böyük Britaniya. 
O atasının və anasının sözlərinə həmişə qulaq asıb arzularına çat­maq üçün dərslərini yaxşı oxuyur.
Asudə vaxtlarında şəkil çəkməyi, kitab oxumağı, pianoda ifa et­məyi xoşlayır.
Ləmanın çox sevdiyi qardaşı var, onun adı Amaldır. O, çalışır ba­laca qardaşına öz bildiklərini oyrətsin.
5 yaşından məktəbə qədər "İntellekt" hazırlıq kurslarına gedib. 2010-ci ildə “Elitar” Gim­naziyaya test üsulu ilə qəbul olunub. Hazırda həmin mək­təbin IV sin­fində əlaçı oxu­yur. Ən sevimli fən­ləri riyaziy-yat, ingilis di­li, ana dili­dir. Ləman təhsildə əldə etdiyi uğur­larla bərabər gimnaziya­nın ictimai həya­tında da fəal iştirak edir. Əlifba bayramında və Yeni il şənliyində, Gül bay­ra­mında müxtəlif amplua­lar­da iştirak edib. Qazandığı uğurlara görə ibtidai sinif müəllimi Tatyana xanıma və Nelə xanıma bocludur. 
Ləman idmanla məşqul olmağı sevir. Müxtəlif vaxt­larda bədii qimnastika, üzgüçülük, idman rəqsləri ilə məşğul olub.
Ləman 2009-cu ildə ATV telekanalının “Bapbalaca” proqramında iştirak edib. Orda çoxlu viktorinaların qalibi olub.

Комментариев нет:

Отправить комментарий