elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 мая 2016 г.

Gəncimova Samirə Fikrət qızı

Gəncimova Samirə Fikrət qızı  21 sentyabr 2000-ci ildə Qəbələ rayonunda dünyaya göz açıb. Balaca vaxtdan insanlara tez öyrəşən hərfləri yazmaq və şəkil çəkməyə marağı olan uşaq olub. Böyük bacısı tərəfindən yazmağı öyrədilib. İlk təhsili 1 sayli tam orta internat məktəbində olub. Hazırda 217 saylı tam orta məktəbdə oxuyur.

Samirə: I sinifdən  VI sinfə kimi  həvəsim olub yaxşı oxumuşam, amma sonra rəsm çəkməyə marağım oldu uzaqlaşa bilmədim rənglərin sehrindən. Dərslərə həvəsim azaldı. Ancaq çalışacam daha yaxşı oyuxum. Sevdiyim fənnlərim kimya, informatika, xarici dillərdən ingilis dilinə həvəs göstərirəm.Bayramlarda iştirak etmişəm tədbirlərdə (novruz bayramı və yeni il) orda da rəqqasə rolunu uğurla tamaşaçılara nümayiş etdirmişəm. Xeyr diplomla təltif edilməmişəm inşallah gələcəkdə böyük uğurlarım olar layiqincə fəxri diplomlara layiq görülərəm.Valideyinlərimə və daha çox bacıma oxşamaq istəmişəm. Mən hələki həvəskar rəssamam ona görə də heç bir hədəfim yoxdur zaman göstərər bunu . Bu haqda hələ düşünmürəm. Asudə vaxtlarımda şəkil çəkirəm istəyirəm daha gözəl portiretler yaradım, insanlar rənglərlə insanlarla edə  bilmədiyi söhbəti etsinlər. Ən çox məişət, insan şəkilləri çəkməyə üstünlük verirəm. Həmişə istəmişəm ki, elə bir işim olsun  maddi vəziyyəti aşağı olan insanlara kömək edim . Hacı Zeynalabiddin Tağıyev kimi humanist biri kimi tarixin yaddaşında əbədi qalmaq istəyirəm .

Комментариев нет:

Отправить комментарий